Azərbaycan daha bir mötəbər konfransa qatılır

13:40 06-09-2019 | icon 467 | Siyasət
Azərbaycan daha bir mötəbər konfransa qatılır

Cari il sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasina sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçiriləcək. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunacaq.

 

Versus.Az xəbər verir ki, Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi adıçəkilən Protokol layihəsinin hazırlanmasında fəal iştirak etmiş, onun verdiyi təkliflər nəzərə alınmış, sənəddə müvafiq dəyişikliklər edilmişdir.

 

Diplomatik konfransa bir sıra dövlətlərin hökumət nümayəndə heyətləri, beynəlxalq və regional hökumətlərarası təşkilatların əməkdaşları, eyni zamanda əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər dəvət dəvət olunub.

 

Bu mötəbər beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı