Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb

18:52 01-04-2018 | icon 815 | Siyasət
Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

 

Versus.az-ın məlumatına görə, Razi Nurullayev bu gün Masallı seçiciləri ilə görüşüb. Görüş Masallı  Mədəniyyət Mərkəzində baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlayıb. Ardınca görüş iştirakçılarına Razi Nurullayev haqqında qısa məlumat verilib.

 

“Hakimiyyətə qarşı sivil mübarizə aparırıq”

Sonra söz Razi Nurullayevə verilib. AXCP sədri ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib:

 

"Bu gün müxalifətin çevriliş etmək fikrində olduğunu deyənlər var. Mənim yumşaq siyasi yol tutmağıma baxmayaraq bu düşüncə tərzi hələ də dəyişməyib. Biz hakimiyyətə qarşı mübarizə aparırıq, amma bunu sivil yolla etməkdə qərarlıyıq. İstəmirik ki, Azərbaycan Suriyanın gününə düşsün".

 

“Radikal mübarizə effekt vermir”

 

Razi Nurullayev həmçinin iqtidar-müxalifət münasibətlərinə toxunub,  siyasi münasibətlərin Türkiyə modelinə diqqət çəkib. AXCP sədri  namizəd olduğu üçün “Yurd” rəhbəri Əli Kərimli və tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını deyib:

 

"Mən də onlarla birlikdə 30 il radikal mübarizə apardıq. Amma heç nə əldə edə bilmədik. Artıq hər kəs anlamalıdır ki, radikal mübarizə effekt vermir. Mən bu gün radikal çıxışlar etsəm, xalqı itaətsizliyə, zor gücünə hakimiyyəti dəyişməyə çağırsam heç nə əldə edə bilməyəcəyik".

Kredit borcları  silinəcək

 

R.Nurulayev  televiziya debatlarında səsləndirdiyi bir sıra məsələlərə,  xüsusilə də son zamanlar geniş müzakirə olunan hər ailəyə 10 min manatın verilməsi məsələsinə aydınlıq gətirib.
Prezidentliyə namizəd bu mexanizmin işləməsi üçün beynəlxalq təcrübədən və xarici banklardan istifadə olunacağını deyib.

Razi Nurullayev həmçinin kredit borclarının silinəcəyini də deyib və bunun mexanizmi barədə seçicilərə məlumat verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı