Əli Əhmədov "uşaq pulu"nun bərpası məsələsinə münasibət bildirib

15:30 08-09-2019 | icon 676 | İqtisadiyyat
Əli Əhmədov "uşaq pulu"nun bərpası məsələsinə münasibət bildirib

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov "uşaq pulu"nun verilməsi məsələsinə aydınlıq gətirib.

 

Versus.Az xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir:

"Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır və hökumət bu məsələyə ciddi şəkildə yanaşır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. 

"Uşaq pulları" da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə və eyni zamanda, ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

 

Nazir müavini qeyd edib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var:

"Mən düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir.

Fikrimcə, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilər".

 

O əlavə edib ki, hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərməlidir:

"Əks halda biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi üçün, istehsal üçün, hər hansı bir yenilik üçün düşünmək səyləri, yəqin ki, çox olmayacaqdı. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı