Bu xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək

11:51 09-09-2019 | icon 477 | Sağlamlıq
Bu xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək

Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün müvafiq qanunvericiliyin qəbul edilməsi zəruridir.

 

Versus.Az xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

 

Anemiya və digər mikroelementlərin çatışmazlığının artıq dünyanın bir çox ölkələrinin problemi olduğunu deyən M.Quliyev əlavə edib ki, bu məsələni qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həll edən ölkələr artıq müəyyən uğurlar əldə ediblər:

 

"Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Düşünürəm ki, Milli Məclis hökumət və UNİCEF-lə birgə Azərbaycanda qanun qəbul edəcək. Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmələr keçirəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol