Daha bir sabiq nazirdən Siyavuş Novruzovun açıqlamasına münasibət

14:04 09-09-2019 | icon 514 | Gündəm
Daha bir sabiq nazirdən Siyavuş Novruzovun açıqlamasına münasibət

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı açıqlaması ictimaiyyətin diqqətini çəkib.

 

Bəzi saytlar həmin açıqlamada Siyavuş Novruzovun hədəf göstərdiyi eks-nazirlər arasında keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da adının hallandırıb.

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyərək. onun barəsindəki iddiaları təkzib edib:

 

“Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar təəssüflər olsun ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun adını da hallandırıb. Ancaq Hüseyn Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseyn Bağırov ölkə xaricində və ya ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF