Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

16:22 09-09-2019 | icon 594 | Cəmiyyət
Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

Razi Nurullayev: "Niyə bu qədər unutqan olduq, məgər o, unudulası sənətkardır?"

 

"Üzeyir Hacıbəyov böyük sənətkardır və bunu heç kim şübhə altına almır. O, Azərbaycanı dünyaya tanıdan böyük musiqiçidir ki, "Arşın mal alan" operettası dünyanın 80-ə yaxın ölkəsində səhnəyə qoyulub".

 

Versus.Az xəbər verir ki, bunu dahi sənətkar Üzeyir Hacıbəyovun Bakıdakı ev muzeyini ziyarət edən AXCP sədri Razi Nurullayev özünün "Facebook" səhifəsində deyib.

Partiya sədri muzeyin müdiri Gülnarə Ələsgərovaya muzeylə ətraflı şəkildə tanışlığa görə minnətdarlığını ifadə edib.

 

R.Nurullayevi narahat edən məqam bu muzeyə bəzən günlərlə belə ziyarətçinin gəlməməsidir:

 

"Niyə bu qədər unutqan olduq? Məgər Üzeyir Hacıbəyov unudulası sənətkardır? Hər bir kəsi Üzeyir Hacıbəyovun ev muzeyini ziyarət etməyə dəvət edirəm. Azərbaycan himnini yazdığı R.Becker pianosu da elə öz yerindədir, bir qarış belə yerindən tərpədilməyib. Çox zəngin və ziyarət ediləsi məkandır. Dahi sənətkara hörmətimizi, sevgimizi ziyarətimizlə göstərə bilərik".

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı