İmam Hüseyn fransız Benedikt və ya ingilis Georgi olsaydı...

12:08 10-09-2019 | icon 785 | Köşə
İmam Hüseyn fransız Benedikt və ya ingilis Georgi olsaydı...

...Ateizm inanca lağlağı etmək, bisavadlıq, özünü hamıdan ağıllı saymaq deyil

 ELÇİN ALIOĞLU

 

Bu gün Aşuradır... Mənimçün fərqli gündür. Ki, tarixə şəhidliyin, qəhrəmanlığın, cəsarətin timsallarından olan Hüseyn qanı ilə, canı ilə, əqidəsi və şərəfi ilə möhürünü vurub bu gün.

 

Aşuranı bəyənməyə bilərlər, İmam Hüseynə lağ edə bilər, dinə, inama, inanana, Allaha və müsəlmana şəbədə qoşa bilərlər. Qoşsunlar, etsinlər.

Amma heç nə də alınan deyil.

Çünki...

Azərbaycanda bəlli kəsim var ki, canqı çocdan cəhənnəmə vasil olmuş modernizmin poçtla gələn "qara kağız"ı olan postmodernizm mərəzinə tutulublar, asqırırlar ateizmdən tutmuş nihilizmədək hər vəbalı.

Əxbar da o ki, həmin vəbalılar özlərini müdrik, ağıllı, dərrakəli, uzaqgörən bilirlər.

Ateist deyiblər və Aşuraya, bu günü özünə qəsəm sayanlara lağ edirlər.

Onların davası inanca deyil - özləri demişkən, müsəlmanın Allahı ilədi.

Xristianın xaçlı, yəhudinin maqendavidli, buddistin sansaralı tanrısı ilə işləri yox.

Miskin davadır bu, inanın.

İmam Hüseynə də bu səbəbdən nifrət edirlər - onun kim olduğunu, nə etdiyini dərk etmədikləri üçün.

"Hakimiyyət, siyasət davasıdır da", "ərəbdən bizə nə..." və ilaxır.

Tarixdə bir qəhrəman göstərin ki, hakimiyyət davası etməyib və ya hakimiyyət üçün dava etməyib.

Hakimiyyət xalqdı, insandı, dövlətdi, torpaqdı.

Babəkin davası nə idi? Məzdəkin, Hürrün, Cavidanın, Cavanşirin, Fətəli xanın, Cavad xanın, Uilyam Uollasın, Şarl de Qollun, Napoleonun, İsgəndərin, Çingizxanın, Teymurləngin, Nəsiminin, Rəsulzadənin, Şah İsmayılın... Daha kimlərin.

Hamısının davası ya siyasət, ya hakimiyyət, ya əqidə, ya məfkurə, ya da mənsub olduğu qövmün davası.

 

Çalışdığı, oxuduğu, yaşadığı yerdə rüşvətxora, zalıma, tərbiyəsizə, müştəbehə başını qaldırıb söz deyə bilməyən, "nə edim, balalarım var, ailəm var" deyən zavallı ailəsini, körpələrini, gələcəyini, özünü əqidəsinə, həqqə, haqqa görə qılınc qabağına verən və ölümü də qorxudub ölümsüzləşən adama lağ edirlər.

Sosial şəbəkələrdə yaşayanlar, telefonu bağlayandan sonra gözüqıpıqlığı yaşam tərzi edənlər insanların insan kimi yaşaması üçün qanını halal edənə ağız büzürlər.

Gözünün qarşısında, şəhərin mərkəzində qadınları seçimləyən ərəbin şorgöz və erkək ulaq baxışlarını görsə də, susan, daş kimi laqeyd olanlar burada sinələrinə vurub ərəb bəyənmirlər.

Və o ayrı ki, hansısa milləti bəyənməmək absurddu, idiotizmdi.

Almanın ağlına da gəlməz desin ki, yəhudi İsanın dinindən mənə nə.

İngilis və yainki fransız əsla deməz ki, Müqəddəs Pavel hakimiyyət savaşı aparıb, mənə nə.

Amma burada Quran, İslam, imam Hüseyn barədə deyirlər.

Niyə, bilirsinizmi?

Çünki aşağılıq, kiçiklik, natamamlıq kompleksidir.

 

İmam Hüseyn fransız Benedikt və ya ingilis Georgi olsaydı, müqəddəsləşərdi belələrinin gözlərində.

Necə ki, "Müqəddəs Patrik bayramı"nda Bakıda pivəxanalarda qıcqırdılmış arpa suyu içməklə avropalı sayır bir parası özünü.

Pivə içmək, ateitstlik müasirlik və inkişaf olsaydı, it-pişik sümükləriylə bəxt açmağa çalışan insanların çox olduğu Nigeriya indi dünyaya meydan oxuyardı.

Pivə içənlərin sayı bizimlə müqayisədə dəfələrlə üstün olan Liberiya indi Marsa siçan yollardı.

Ateizm inanca lağlağı etmək deyil. Ateizm bisavadlıq deyil. Və ateizm özünü hamıdan ağıllı saymaq heç deyil.

 

Qərb fəlsəfəsinin 19-cu əsrdə dediyini indi-indi dilimizə tərcümə olunduğu vaxtda həmin ləhcəli, kəlləmayallaq tərcümələri oxuyub "Axxx, Yevropa!" imrənənlərə onların Zevsi yardım etsin.

Ambulator, ya stansionar - fərq etməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı