Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

14:35 10-09-2019 | icon 1907 | Cəmiyyət
Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

TURAL İRFAN yazır: Tariximizə özümüzün biganəliyimiz bizi növbəti faciələrə apara bilər

 

1918-22 ci illərdə məlum Sovet İmperiyasının qurulduğu illərdə bolşeviklər xalqımıza, milli hökumətimizə qarşı divan tutublar. Müsavat hökuməti qeyrətlə, vətənpərvərlik ruhu ilə o mənfur, ermənipərəsət işğalçılara qarşı mübarizə aparıb. Böyük Rəsulzadənin və cəbhədaşlarının dirənişi bolşeviklərin fəaliyyətini nəzərəçarpan dərəcədə ləngidə bilmişdi.

 

Lakin terror, qırğınlar və digər mənfur əməllər vasitəsilə quduz bolşevizm ölkəmizi əsarət altına aldı. Həmin illərdə milli qeyrətinə sığınıb düşmənə baş əyməyən mərd şəxsiyyətlərimiz mücadiə aparıb şəhid olurdular. Habelə bolşevikləri də cəhənnəmə vasil edirdilər. Əli Bayramov, Qasım İsmayılov, Mirfəttah Musəvi kimi bolşeviklər öz xalqımıza qarşı törətdikləri murdar əməllərə görə müsavatçıların dirənişi nəticəsində həlak olublar.

 

Bu tarixi hamımız bilməli, gələcək nəsillərə ötürməliyik. Ancaq bu xalq düşmənlərinin, müstəqillik yağılarının, rus əlaltılarının qəbirlərini bu gün Azərbaycanın Fəxri Xiyabanında görəndə adam mütəəssir olur. Onların dəfn edildiyi dövrü, o dövrün hakimiyyətini, ideologiyasını nəzərə alaraq onların orada basdırıldığını təbii də qarşılamaq olar. Ancaq ən dəhşətlisi odur ki, o qəbirlərin üstündəki yazılarda milli müsavat hakimiyyəti "cani, qəddar, cəllad, qatil və s." adlandırılır.

 

Fəxri Xiyabanı ziyarət edən bir insan - istər vətəndaşımız olsun, istər xarici vətəndaş olsun, soruşub maraqlansa nə deməliyik? Özümüz öz hakimiyyətimizi qatil, cəllad adlandırıb, o yazıların da tozunu hər gün silib yadigar saxlayırıq? Qəbir daşları tarixdir. Bu tarix gələcəyə qalacaq. Müstəqillik qurmuş babalarımızı qətlə yetirən, müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik. O qəbirlər 26-ların qəbri kimi oradan çıxarılmalı, layiq olduqları yerdə basdırılmalıdır. Əgər bu mümkün olmazsa heç olmasa onların üstündə qoyulmuş daşlar dəyişdirilməlidir və əslində özlərinin qatil olduğu yazılmalıdır.

Öz tariximizə özümüzün bu boyda biganəliyimiz bizi növbəti faciələrə apara bilər. Müsavat hökumətinin "caniliyini, cəlladlığını, qəddarlığını" təsdiqləməliyiksə, müstəqilliyimizi quranları yox, vaxtilə yıxanları əzizləməliyiksə, onda qoyun qalsın, gələcək nəsillər də o daşları oxuyub babalarımızın qatil və cəllad olduğunu "öyrənsinlər"!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin