Uşaqları məscidə aparmaq olar?

14:39 10-09-2019 | icon 398 | Cəmiyyət
Uşaqları məscidə aparmaq olar?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı uşaqların məscidlərə gətirilməsi məsələsinə münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, M.Qurbanlı bildirib ki, vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu, onun öz seçimidir.

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır:

“İslama görə məscidlərə gəliş sərbəstdir, İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onların öz seçimləridir. Sadəcə olaraq, tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdırlar".

 

M.Qurbanlı vurğulayıb ki, "Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir:

"Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə - məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerlərə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir".

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin