İsti Yupiterin atmosferində İLK DƏFƏ kalium tapılıb

15:21 10-09-2019 | icon 364 | Maraqlı
İsti Yupiterin atmosferində İLK DƏFƏ kalium tapılıb

Astronomlar ilk dəfə olaraq iki isti Yupiterin atmosferində kalium atomlarını aşkar ediblər. İşin nəticələri ekzoplanetlərin atmosferində baş verən kondensasiya və ya fotoionizasiya prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.

 

Öz ulduzlarına yaxın olan isti yupiterlərin atmosferində natrium və kalium atomlarının olması təxminən 20 il öncə nəzəri olaraq təxmin edilmişdi. Hər iki element planetin öz ulduzunun diskinin qarşısından keçməsi zamanı optik spektrlərdə aydın udulma zolaqları vermişdir. Bu halda ulduzdan gələn işığın bir hissəsi planetin atmosferindən keçir və müxtəlif kimyəvi elementlər tərəfindən udulur ki, bu da atmosferin kimyəvi tərkibini təyin etməyə imkan yaradır.

 

Əvvəllər HD189733b və HD209458b ekzoplanetlərinin atmosferdə natrium aşkar edilməsi ilə əlaqədar işlər dərc olunmuşdu, lakin indiyə qədər bu isti yupiterlərin atmosferində kalium atomunun etibarlı şəkildə qeydə alınması halları olmamışdır.

 

Astronomlar qeyd olunan ekzoplanetlərin yuxarı atmosfer təbəqələrində böyük dəqiqliklə kalium atomlarının və HD209458b atmosferində natrium atomları miqdarının HD189733b atmosferindəkindən iki dəfə az olmasını aşkar ediblər. Fərz olunur ki, belə fərqlər planetlərin özlərinin yaranması prosesi ilə bağlı deyildir. Fərq, atmosferin yuxarı qatlarında fotoionizasiya və (və ya) atmosferin aşağı qatlarında metal buxarlarının kondensasiya prosesləri, həmçinin atmosferdə buludların meydana gəlməsi mexanizmlərinin müxtəlifliyi nəticəsində yaranır.

 

Əvvəllər dörd yeni isti yupiter tapılmışdır ki, onlardan biri, bu günə qədər məlum olan ən isti, qəribə orbitli ekzoplanetdir. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür