"SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır

01:26 11-09-2019 | icon 389 | Cəmiyyət
"SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır

“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.

 

Versus.Az xəbər verir ki, açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

 

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

 

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

 

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. “Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

 

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə də hər il "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, "SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, "SAY:Solidarity”, “SAY:All Star” və “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür