Müxalifət partiyalarının Bələdiyyə “zəifliyi”...

14:48 11-09-2019 | icon 713 | Siyasət
Müxalifət partiyalarının Bələdiyyə “zəifliyi”...

Bələdiyyə seçkilərinə bir neçə ay qalır. Lakin seçkilərə hazırlıqla bağlı siyasi partiyalarda, xüsusilə müxalifətdə hər hansı hazırlıq işlərinin getdiyi müşahidə olunmur. Müxalifətin bələdiyyə seçkilərinə əhəmiyyətsiz yanaşması isə müxtəlif aspektlərdə təhlil olunur.

 

Versus.Az xəbər verir ki, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, eləcə də politoloq Əliabbas Məhərrəmli Bələdiyyə seçkilərinə əhəmiyyətsiz yanaşılmanın səbəbləri barədə danışıblar.

 

“Bələdiyyə seçkilərində iştirak çox önəmlidir”

 

Tamella Qulami bildirib ki, bu gün nəinki siyasi qurumlarda, ümumiyyətlə cəmiyyətin özündə bələdiyyə seçkilərinə münasibət adekvat deyil. O, buna baxmayaraq bələdiyyə seçkilərində, eləcə də digər seçkilərdə iştirakın çox önəmli olduğunu deyib:

 

“Seçkiləri baykot etmək, seçkilərə getməmək hakimiyyətə gedən yolun uzanmasıdır. Çünki bələdiyyə seçkiləri parlament seçkilərinə, parlament seçkiləri isə prezident seçkilərinə aparır. Əgər siyasi iddiası olan bir müxalif düşüncəli insan öz məhəlləsində insanların problemlərini həll edə bilmirsə, nəsə etməyə çalışmırsa, o zaman onun parlament seçkilərində iştirakı da bir qədər birmənalı olmayan fikirlərə yol aça bilər”.

 

T.Qulami ictimaiyyətin özünün bələdiyyə seçkilərinə loyal münasibətini önə çəkib. Bildirib ki, siyasi institutlar, siyasətçilər də bir məktəbdir və o, cəmiyyəti seçki vərdişinə alışdırmalıdır. Seçki vərdişlərini yaratmaq isə siyasi institutların boynuna düşür:

 

“Nə qədər ki, siyasətçilər, siyasi institutlar insanlarla işləməyəcək,  insanların üzərinə günah qoymaq olmaz. Əgər bir insanın qapısına namizəd getmirsə, ona seçkilərlə bağlı məlumat vermirsə, onu maarifləndirmirsə və bizim tanıdığımız siyasətçilər seçkinin lazımsız olduğunu vurğulayırsa, siyasi savadı olmayan insanlardan nə gözləyə bilərik”.

 

Bələdiyyə seçkilərinin yerli özünüidarəetmə orqanı olduğunu qeyd edən, T.Qulami bildirib ki, parlament seçkisində müxtəlif bölgədən müxtəlif namizədlər irəli sürülə bilər. Bələdiyyə seçkilərində isə namizədliyi yalnız qeydiyyatda olduğun ərazidə verə bilərsən. Ona görə də siyasi təşkilatlar elə etməlidirlər ki, onları ən azı öz küçələrində bir siyasətçi kimi tanısınlar:

 

“Bizim üzərimizə düşən vəzifə olduğumuz yerlərdə insanlara öz haqlarını tələb etmə imkanı yaratmaqdır. İnsanlar kifayət qədər siyasətçilərin, siyasi qurumların yanında olublar. Sadəcə olaraq müxalifətin nəticəsizlik sindromu, basqılar insanlarımızı siyasətdən kənarda qoyub”.

 

T.Qulami deyib ki, insanlarla görüşü zamanı çoxları ondan təəccüblü şəkildə bələdiyyənin nə olduğunu soruşur.  Onun sözlərinə görə, əgər siyasi institutlar o insanlarla işləsəydi, insanlar ən azı məlumatlı olardılar.

T.Qulami  bildirib ki, bələdiyyə iclaslaında gündəlik problemlər qoyulur və orada da problemlərin həlli yönündə komissiyalar işləyir. İnsanların yanında olan müxalifət, müxalif düşüncəli insanlar çox olarsa, o problem daha tez həll olunar:

 

“Azərbaycanda olan 1771 bələdiyyədə çox az faizdə müxalifəti təmsil edən partiyalar var. Hazırkı dönəmdə demokratik seçkilər keçirilərsə, orda insanların seçki vərdişi artarsa, xalqın yanında olan namizədlər seçkidə iştirak edib bələdiyyə üzvülüyünü qazanarlarsa, ölkədə vəziyyət bu cür olmaz və bələdiyyələr hər kəsin inam bəslədiyi bir yer olar”.

 

T.Qulami hesab edir ki, bu gün iqtidar, müxalifət, cəmiyyət üçbucağı, kənardan hədsiz dərəcədə aqressiv, kinli qəzəbli görünür:

 

“Ona görə də cəmiyyətdə bir-birinə qarşı söyüş, təhqirlərə “dur” deyilməlidir. Çox istərdim ki, bu kimi münasibətlər sisteminin korlanmasına son qoysunlar”.

 

“Cəmiyyət elə etməlidir ki, o rəsmilər sosial şəbəkələrdən qaçmasınlar”

 

Politoloq Əliabbas Məhərrəmli müxalifət partiyalarının bələdiyyə seçkilərinə ciddi yanaşmamağının bir neçə səbəbini qeyd edib. O, bildirib ki, əslində, bələdiyyələrin səlahiyyətlərinin azlığı, onların nüfuzunun aşağı olması ilə bağlı problemlər var. Amma ümumilikdə bələdiyyə seçkisi bütün seçkilərdən daha əhatəlidir:

 

“Bələdiyyə seçkilərində aktivlik, digər seçkilərdən çox olmalıdır. Çünki balaca bir kənddən 10-11 namizəd olur. Onların seçkiyə dəvət edəcəyi seçicilər daha aktiv şəkildə prosesə qoşulmaq imkanı qazanır. Ona görə də deyirəm ki, bələdiyyə seçkiləri daha aktiv seçkilər olduğuna görə biz siyasi partiyaların iştirakına daha çox diqqət ayırırıq. Təbii ki, partiyalar bələdiyyə seçkilərində aktiv olmalıdır, iştirak etməlidir. Partiya seçkilərdə iştirak eləməlidir, bu seçkidən də biri bələdiyyə seçkiləridir. Yəni seçkilərdə iştirak etməmək məntiqsizlikdir”.

 

Ə.Məhərrəmli bildirib ki, insanların bələdiyyə ilə bağlı bu qədər məlumatsız olması siyasilərin seçki ilə bağlı maarifləndirmə aparmaması ilə bağlıdır. Bələdiyyə üzvlərinin xalqla bağlılığı olduğu üçün onlar öz üzərilərində məsuliyyət hiss eləməlidirlər:

 

“Mən şahidi olmamışam ki, hansısa bələdiyyə üzvü vaxtlı-vaxtında seçiçinin qarşısında hesabat versin, gördüyü işlərdən danışsın. Nə qədər bələdiyyə səlahiyyətsiz olsa da, nə qədər bələdiyyənin xeyirli olub -olmaması məsələsi qoylsa da, bələdiyyə üzvünün sçkidə iştirakının siyasi partiyaya heç bir ziyanı yoxdur. Məsələn, Tamilla xanımın bir partiya üzvü kimi bələdiyə seçkilərinə qatılması o partiyaya nə ziyan gətirə bilər? Əksinə, xeyirdir. Çünki o, apardığı işlə həm öz pariyasına dvident qazandırır, həm də parlament seçkiləri üçün qarşıdakı 25 faiz seçici ilə münasibətlərini həll etmiş olur. İstəsə də, istəməsə də, cəmiyyətlə işləyir”.

 

Bütün bunların fonunda Ə.Məhərrəmli əsas problemin siysilərin seçkiləri boykot etməkmistəyi ilə əlaqələndidi:

 

“Müşahidə etsəniz görərsiniz ki, Azərbaycan siyasi partiyaları və liderləri parlament seçkilərini deyil, prezident seçkilərini boykot ediblər. Ona görə ki, parlament seçkilərində yer çoxdur və parlamentə iştiraka daha çox meyilli olurlar. Amma bələdiyyədə heç bir partiyanın yuxarı təbəqəsi iştirak etmir. Rayon təşkilatları da iştirak etmirlər. Tutaq ki, mən əgər müstəqil şəkildə qərarımı verib iştirak eləmirəmsə, bu qəbul oluna bilər. Amma bir partiyanın bir çərçivəsi, daxili nizamnaməsi var. O partiya təşkilatı istəsə də, istəməsə də, rayonlardan namizədlər verməlidir.  Yəni seçkilərdə iştirakla bağlı siyahı verməli və aktiv, çevik iştirak eləməlidir”.

 

Ə.Məhərrəmli bir ekspert kimi apardığı müşahidələrə əsasən bələdiyyə seçkilərinə yaxşı münasibət sərgiləyən çox az partiyanın olduğunu dedi.  Bildirdi k, siyasi palitraya baxsaq, bu gün seçkidə iştirakın təbliğatını aparanlarla yanaşı, seçkiləri kökündən boykot edən,  partiyalar da var. Onun fikrincə, ümumilikdə partiyalar bələdiyyə seçkilərinə etinasız yanaşırlar:

 

“Bu, 1999-cu il seçkisindəki proseslərin zaman-zaman aşağı səviyyəyə getməsi ilə hamısında baş verib. Ümumilikdə cəmiyyətin özü də bu seçkiyə etinasız yanaşır, amma cəmiyyəti bu seçkiyə ruhlandıran, gətirən, fəallaşdıran institutlar siyasi partiyalardır. Siz mənə irad tuta bilərsiz ki, siyasi partiyanın işi elə təkcə seçkidə iştirak etmək deyil axı. Amma siyasi partiyanın bütün gördüyü işlərin klüminasiya nöqtəsində seçki durur. Sən bütün fəaliyyətini, işini qurmalısan ki, sonucda da seçkidə iştirak edib, bu işlərinin nəticəsində xalqdan səs alasan. Bu prosesdən kənarda qalıb, seçkinin özündən də kənarda qalanda nəticəsizlik olur”.

 

Ə.Məhərrəmli Azərbaycanda yeni seçki mədəniyyətinin formalaşmadığını qeyd edib. Onun fikrincə bu məsələdə də bir qədər axsamalar var:

 

“Siyasi palitrada seçkidə iştirak, seçkiyə getməmək müzakirə olunur və bu, bir-birilərini ittiham etməkdən ötrü ortaya atılan söz-söhbətlərdir. Nə olursa olsun, hansı bəhanəni gətirirsən gətir, seçkidə iştirak etməmməkdə məntiq görmürəm. Partiya seçkidə iştirak eləməlidir, insanlarla təmasda olmalıdır. Hakimiyyətin qollarında təmsil olunmağın başqa yolları yoxdur”.

 

Müxalifətin indiki durumuna və bir-biri ilə münasibətlərinə toxunan politoloq hesab edir ki, bu gün iqtidarın müxalifətə hər hansı maneə törətməsinə ehtiyac yoxdur:

 

“Ən çox görünən odur ki, bu gün müxalifət bir-birinə mane olur, nəinki iqtidar müxalifətə. Əslində iqtidar mane olmalıdır, təbii ki, hüquqi çərçivədə.  Biz bu ilin əvvəlindən hərəkatlar, birliklərin yaranması ilə müxalifətin bir qədər fəallaşmasını gördük. Təbii ki, iqtidar bu hərəkatları dağıtmalıdır, içərisində kimlərisə önə, kimlərisə kənara çəkməlidir. Bunların hamısı baş verdi. 9 ay baş verən mənzərənin, bu gün durumu çox acınacaqlıdır”.

 

Ə.Məhərrəmli bildirib ki, bu gün müşahidə olunan odur ki, siaysi vəziyyət iki hissiyə bölünüb. Sosial şəbəkədəki həyat, real həyatdan fərqlənir. Onun fikrincə, reallıqda daha sabit həyat hökm sürür. Ə.Məhərrəmli fərqli yanaşmalara baxmayaraq, bu gün rəsmilərin sosial şəbəkələrə gəlməsi irəliyə doğru bir addım kimi dəyərləndirib:

 

“Cəmiyyət elə etməlidir ki, o rəsmilər sosial şəbəkələrdən qaçmasınlar. Baxın, hər hansı məmur status yazırsa, siz ora bir rəy yazırszsa, təbii ki, bunu əsaslandırırsınız.  Amma bəzən heç bir prosesdən xəbəri olmayan kimsə ağzına gələn söyüşü edir. Elə edilməlidir ki, o tipli çıxışlar edən insanlar sosial şəbəkələrdən çəkilsin. Məsələn, Miqrasiya Xidmətinin rəisi sosial şəbəkəyə çıxır, canlı yayıma çıxır. Mən bir neçə dəfə ona sual ünvanlamışam, suala cavab verir. Əslində bu, irəliyə doğru addımdır”. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur