"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

17:19 11-09-2019 | icon 650 | Siyasət
"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Razi Nurullayev: "Hər ikisi iqtidarın kaprizindən asılı məsələdir"

 

"Bu gün keçirilən iqtidar-müxalifət dialoquna yaxınlaşmasına yönəlik dəyirmi masaya və iştirakçılarına münasibətim normaldır. Görülməli çox işlər var və birinci növbədə iqtidar partiyası öz daxilində aydınlıq yaratmalıdır ki, söz-söhbət yaranmasın".

 

Versus.Az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa"-ya münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib.

 

Partiya sədri birinci növbədə qeydiyyatlı partiya, qeydiyyatsız partiya yanaşmasını qəbul etmədiyini vurğulayıb:

 

"Hər ikisi iqtidarın kaprizindən asılı məsələdir. İkincisi, qeydiyyatı yoxdursa, qeydiyyata alsınlar, aydınlıq gətirilsin. Qeydiyyata almırlarsa, o zaman biz öz işimizi bilirik və uyğun qərar qəbul etmək də bizim səlahiyyətimizdədir.

Təbii ki, bu cür tədbirlərdə iştirak etmək üçün gözümüz atmır, amma ayrı-seçkilik etmək yaxşı deyil və gərək nəticəsinə də qatlanasan".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol