“Avroviziya 2020”yə hansı ölkələr razılıq verib?

18:20 11-09-2019 | icon 632 | Şou-biznes
“Avroviziya 2020”yə hansı ölkələr razılıq verib?

2020-ci ilin may ayında Niderlandın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 33-ə çatıb.

 

Versus.Az xəbər verir ki, mahnı müsabiqəsində iştirakını ev sahibi Niderland və bu ölkələr təsdiqləyib:

 

Albaniya

Almaniya

Avstraliya

Avstriya

Belarus

Belçika

Böyük Britaniya

Çexiya

Estoniya

Danimarka

Finlandiya

Fransa

Gürcüstan

Xorvatiya

İrlandiya

İslandiya

İspaniya

İsrail

İsveç

İsveçrə

Kipr

Latviya

Litva

Norveç

Portuqaliya

Rusiya

San Marino

Serbiya

Sloveniya

Şimali Makedoniya

Ukrayna

Yunanıstan.

 

1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.

 

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri götürüb.

 

Ölkə daha dörd iştirakda ilk beşlikdə qərar tutub. 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci olub.

 

Digər nəticələr belə sıralanır: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yer, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yer, 2015-ci ildə Elnur Hüseynov 12-ci yer, 2017-ci ildə Diana Hacıyeva 14-cü yer, 2016-cı ildə Səmra Rəhimli 17-ci yer, 2014-cü ildə Dilarə Kazımova 22-ci yer.

 

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova 26 nəfərlik finala çıxa bilməyib. Yarımfinalda topladığı xalları nəzərə alanda o, bütövlükdə yarışın 43 iştirakçısı arasında 30-cu yerdə qərarlaşıb. /Novator.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI