“İctimai Şuranın qərar yox, təklif vermək səlahiyyəti var”

16:19 02-04-2018 | icon 582 | Sosial
“İctimai Şuranın qərar yox, təklif vermək səlahiyyəti var”

“İcraçı struktur bu təkliflərə nə dərəcədə riayət edəcək, artıq buna müdaxilə edə bilməz”

 

“İctimai şuralar qərar vermək səlahəyyətində deyil. Əsas məqsədi icra strukturunun fəaliyyətinə dəstək vermək üçün müəyyən araşdırmalar aparıb, məsələ ətrafında təkliflər verməkdir. İcraçı struktur bu təkliflərə nə dərəcədə riayət edəcək, artıq buna müdaxilə edə bilməz”.

 

Bunu Versus.Az-a Əlil Təşkilatları İttifaqının (ƏTİ) rəhbəri Davud Rəhimov icra strukturları yanında yaradılan ictimai şuraların fəaliyyəti ilə bağlı bildirib.

 

D.Rəhimov bildirib ki, İctimai Şuralar müxtəlf icra strukturları orqanları yanında 2004-cü ildən yaranıb və sayı çox deyil. ƏTİ sədri hesab edir ki, bu quruma çox təklif vermək olar. Lakin əsas məsələ əsaslandırılmış həlli mümkün olan təkliflər vermək və onun yerinə yetirilməsinə nail olmaqdır:

 

“Elə təkliflər olur ki, icra strukturu onu öz resussları hesabına həll edə bilmir. Çünki o təkliflər kifayət qədər vəsait tələb edir və ona dövlət büdcəsindən pul ayrılmalı olduğu üçün problem açıq qalır və həlli vaxt baxımından uzanır. Bir çox hallarda da bu vəziyyət narazılığa səbəb olur”.

 

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyində yaradılan İctimai Şuranın üzvü D.Rəhimov hazırda aidiyyatı icra strukturuna müəyyən təkliflər verdiklərini bildirib:

 

“Biz təklif vermişdik ki, əlilliyi olan insanlar haqqında Kataloq formasında məlumat bazası yaradılsın və ora hər bir əlil haqqında məlumatlar yığılsın. Təklif qəbul olunub və 630 min nəfər əlil haqqında məlumatların həmin kataloqa yığılması üzərində iş gedir”.

 

Gözəl Nəcəfli

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi