“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

10:48 12-09-2019 | icon 932 | Siyasət
“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Elman Nəsirov: “Anti-Azərbaycan beynəlxalq siyasi dairələr indi sapı özümüzdən olan baltalardan daha çox faydalanmaq istəyir”

 

Millət vəkili, professor Elman Nəsirovun “Üç nöqtə”yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Elman müəllim, son günlər iqtidar və müxalifət düşərgəsi bir-birinə qarşı ziddiyyətli çıxışları ilə gündəmə gəlir. Belə bir vəziyyətin yaranmasının hansı xarici güclərin təsiri ilə ortaya çıxdığını deyə bilərik və ümumilikdə hazırki ictimai-siyasi durumu necə dəyərləndirərdiniz?

 

- Ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılır. Azərbaycan bu gün, xüsusilə müsəlman dünyasında bir sabitlik adasıdır. Bəli, ölkəmizdə sabitlik və əminəmanllıq höküm sürür, ancaq bunu həzm eliyə bilməyən xarici qüvvələr və onların əlində alət olan ünsürlər, elementlər, müəyyən dəstələr var. Xüsusilə dünyadakı erməni lobbisi, diasporası və ermənipərəst dairələr qəbul edə bilmirlər ki, Azərbaycan kimi bir müsəlman ölkəsində sabitlik hökm sürsün. Eyni zamanda təkcə sabitlik hökm sürmür, Azərbaycan əslində multikultural dəyərləri paylaşmaqla, onu dünyaya ixrac etməklə müxtəlif ölkələrdə belə sabitliyə rəvac verə biləcək addımlar atır. Azərbaycan regional təhlükəsizliyə çox böyük töhfə verir.  Bütün bunlar bir həqiqətdir. Ancaq təəssüf hissi ilə bir daha vurğulamaq istərdim ki, bu sabitliyi pozmaq üçün qara əllər hər zaman Azərbaycana sarı uzanır və Azərbaycanı ləkələmək, gözdən salmaq kampaniyası həyata keçirirlər. Sabitliyi pozmağa çalışırlar. Xüsusilə də anti-Azərbaycan beynəlxalq siyasi dairələr indi sapı özümüzdən olan baltalardan daha çox faydalanmaq, bu prosesə özünə siyasi mühacir deyən insanları cəlb etmək istəyirlər. Onların və indiki müasir texnologiyanın imkanlarından istifadə edib Azərbaycanda ictimai sabitliyin əleyhinə yönəlmiş addımlar atırlar, söyüş kampaniyası həyata keçirirlər, dövlət başçısını, dövlət məmurlarını hədəfə alırlar. Bir çox hallarda burda tənqid yox, təhqir, qarayaxma, ləkələmə kampaniyasına start verirlər. Bu qəbuledilməzdir və bu məsələlərdə hər bir Azərbaycan vətəndaşı öz mövqeyini ortaya qoymalıdır. Mən də belə hallara qarşı öz mövqeyimi ifadə edirəm və hər gün müxtəlif mətbuat orqanlarında belə anti-milli ünsürlərlə bağlı öz fikirlərimi səsləndirirəm.

Azərbaycan dövləti maraqlıdır ki, ölkəmizdə səfərbər olmuş cəmiyyət daha da güclənsin, vətəndaş həmrəyliyi daha da möhkəmlənsin, partiyalar arasında münasibətlər daha səmimi olsun, ölkəmizin üzləşdiyi hər hansı problemin həlli ilə bağlı  hər bir partiya, ictimai birlik, qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutları və bütövlükdə öz töhfəsini versin ki, Azərbaycan daha da möhkəmlənsin və anti-Azərbaycan beynəlxalq siyasi dairələrin, onların əlaltısı olan müəyyən ünsürlərin  qara niyyətləri baş tutmasın.

 

“Çalışırlar ki, Azərbaycanda bir qarışıqlıq yaratsınlar”

 

- Son vaxtlar xarici təsirlərdən danışılarkən xaricdə fəaliyyət göstərən bloggerlərin daha çox Rusiyanın təsiri ilə önə çıxarıldıqları qeyd olunur. Belə qeydlər var ki, Rusiya Qarabağ üzərindən bölgədə möhkəmlənmək niyyəti ilə öz caynaqlarını Azərbaycana qarşı uzadır. Rusiyanın bu ziddiyyətli prosesdəki rolu barədə nələri deyərdiz?

 

- Bütövlükdə bunun Rusiya dövlətinin adı ilə bağlanmasını düzgün hesab etmirəm. Rusiyada erməni diasporası və lobbisi, Fransada, Amerikada olduğu kimi güclü mövqelərə  malikdirlər. Ona görə də bu prosesdə Rusiya dövlətinin adından danışmağın əleyhinəyik. Rusiyada bəli, ermənipərəst qüvvələr, erməni diasporu, lobbisi Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Məqsədləri Azərbaycanı zəiflətməkdir. Və təbii ki, zəifləmiş Azərbaycanın öz torpaqlarının suverenlik hüquqlarını qorumaq uğrunda mübarizəsi də zəifləyir.  Bunu da etmək üçün istəyirlər ki, daxildə qarışıqlıq yaratsınlar, idarə olunan xaos vəziyyəti yaratsınlar, elə etsinlər ki, Prezident ətrafında formalaşmış bu vətəndaş həmrəyliyi pozulsun. Unudurlar ki, bu mümkün olan məsələ deyil.  Azərbayacan vətəndaş müharibəsindən, vətəndaş həmrəyliyinə qədər böyük bir yol keçmiş bir dövlətdir. Ölkəmizdəki siyasi sabitliyin kökündə dayanan fundamental səbəb var. O da hakimiyyət-xalq birliyidir və xalqın öz Prezidentini dəstəkləməsidir. Dövlətimizin başçısı da məhz müstəqil və milli mənafeyə söykənən siyasət həyata keçirir. Bu təhlükəsizliyin qarantı Prezidentdir, çünki arxasında xalq dayanır, xalq və prezidentin birliyi dayanır. Ona görə də çalışırlar ki, ilk növbədə Azərbaycanda bir qarışıqlıq yaratsınlar, Azərbaycanda ictimai sabitliyi pozsunlar, səfərbər olan cəmiyyət yox, dağınıq bir cəmiyyət formalaşsın və bununla da bulanıq suda balıq tutsunlar. Bu da mümkün deyil. Çünki xalqımız 1990-cı illərdə bu qüvvələrin əsl simasını gördü və bilir ki, onun niyyəti Azərbaycanın inkişafı yox, tənəzzülüdür.

 

- Elman müəllim, ölkəmiz üçün belə bir gərgin ərəfədə iqtidar-müxalifət dialoqunun, iqtidarla müxalifətin bir araya gəlinmə məsələsi nə yerdədir və tərəflərin mövqeyi ilə bağlı nələri söyləmək olar?

 

- Əvvəla onu söyləyim ki, Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası (YAP) iqtidar-müxalifət dialoqunun keçirilməsində hər zaman maraqlıdır və bununla bağlı çox nümunələr var. Yeni Azərbaycan Partiyası müxtəlif müxalifət partiyaları ilə görüşlər keçirib. Bu görüşlərdə dövlətçiliyimizin qarşısında dayanan ümummilli məsələlər müzakirə edilib ki, YAP-ın əsas məqsəd və məramlarından biri də məhz bununla bağlıdır. Qeyd etmək istərdim ki, indi də belə proseslər getməkdədir və məndə olan məlumata görə artıq bu günlərdə belə bir görüşün keçirilməsi gözlənilir. Partiyalararası dialoqda, həm qeyri-hökumət nümayəndələri, həm media nümayəndələrinin iştirakı ilə ciddi ümummilli məsələlərin müzakirə edilməsi, eyni zamanda Azərbaycana qarşı beynəlxalq qüvvələrin qarşısının alınması, dövlətçiliyimizin müdafiəsi və güclü Azərbaycanın qorunması, möhkəmləndirilməsi əsas hədəflərdir. Zəifləmiş Azərbaycan Ermənipərəst dairələrə çox lazımdır. Ona görə də söhbət ümummilli məsələlərdən getdikdə, hesab edirəm ki, burada iqtidar-müxalifət bölgüsü olmamalıdır və bu məsələlərin müzakirəsində hamı yalnız dövlətçilik marağından və mənafeyindən çıxış etməlidir. Belə bir iqtidar-müxalifət görüşünün keçirilməsi artıq gündəmdədir.

 

“Partiyanın daxilində isə heç bir ziddiyyət ola bilməz”

 

- Son günlər Milli Məclis deputatları arasında bir gərginlik, qarşıdayanma müşahidə olundu. Deputat Siyavuş Novruzov keçmiş nazirləri mövqesizlikdə ittihamladı, hətta onların xaricdə müxalifətə maliyyə ayırdığını dedi. Bir çox müxaliflər bunu iqtidardaxili qarşıdurma kimi dəyərləndirdilər. Siz necə hesab edirsiniz, bu gərginlik nədən dolayı yarandı?

 

- Hesab edirəm ki, iqtidardaxili qarşıdurma ilə bağlı yanaşma kökündən yanlışdır. İqtidar daxilində heç bir təfriqə, ziddiyyət yoxdur.

Bilirsiz müxalifətin çox qəribə yanaşmaları var. Belə ki, iqtidar daxilində birliyi antidemokratiya adlandırırlar, iqtidar daxilində fikir sərbəstliyinə isə don geyindirməyə çalışırlar. Əvvəla Siyavuş Novruzovun söylədiyi fikirlərə gəlincə onu qeyd edim ki, Siyavuş müəllim prtiya icra katibinin müavinidir, Milli Məclisdə Komitə sədridir, nüfuzlu bir ictimai-siyasi xadimdir, ona görə də o bu və ya digər fikri söyləyərkən malik olduğu faktlara arqumentlərə söykənir. Ona görə də bütün bunlar Siyavuş müəllimin mövqeyidir. Mən Siyavuş müəllimi yaxşı tanıdığımdan bilirəm ki, o heç bir zaman havadan söz söyləməz.  Əgər əlində tutarlı faktları, arqumentləri olmasa  belə bəyanat verməz. Çünki kifayət qədər ciddi adamdır. Ona görə də hesab edirəm ki, məsələnin detalları haqqında yalnız o özü daha düzgün məlumat verə bilər. Amma o partiyanın daxilində isə heç bir ziddiyyət ola bilməz. Partiya yektil partiyadır. Partiyanı ulu öndər Heydər Əliyev yaradıb. Bu partiya ümumxalq partiyasıdır.  Bu partiyada cəmiyyətimizin bütün katiqoriyasında olan insanlar fəaliyyət göstərirlər. Partiyamızın 40 faizindən çoxunu gənclər təşkil edir. Bu gün partiya monolit partiyadır və sıralarında 750 min nəfər üzv var, gənclər getdikcə bu partiyaya daha çox üz tuturlar, gələcəklərini məhz bu partiyada görürlər. Ona görə də hesab edirəm ki, burada fərqli məna axtarmaq, rənglərin tündləşdirməyin mənası yoxdur və partiyanın lideri də ölkə Prezidenti İlham Əliyevdir. Onun rəhbərliyi altında partiyanın hədəfləri məramı var. Bu ilk növbədə müstəqillikdir, dövlətçilik, təhlükəsizlik və inkişafdır. Bax bu istiqamətlər üzrə partiya fəaliyyətini müəyyən edib, irəliyə doğru çox ciddi addımlar atmaqdadır.

 

- AŞPA prezidenti Azərbaycana səfər edir. Artıq bu qurumun bir sıra nümayəndələri Azərbaycandadır müəyyən ictimai-siyasi təşkilatlarla, partiyalarla görüşlər keçirir və öz tövsiyyələrini irəli sürürlər. Hansı gözləntilər var və bu, Avropa Şurası ilə Azərbaycan arasında bir vaxtlar sərinləşən münasibətlərə hansı təsirini göstərə bilər, nə gözləntiləriniz var?

 

- Əvvəla onu qeyd edim ki, 2001-ci ildən Azərbaycan Avropa Şurasının üzvüdür. Keçən 18 il ərzində bizim münasibətlərimizdə müəyyən ziqzaqvari tendensiyalar olub. Bəzi hallarda anlaşılmazlıqlar da olub. Amma bütövlükdə Azərbaycan Avropa Şuarası qarşısında götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir və Azərbaycan demokratik inkişf yolunu seçmiş bir dövlətdir. Demokratiya isə bəzilərinin düşündüyü kimi çərçivəsi olan proses deyil. Demokratiya son nöqtəsi olmayan bir prosesdir. Azərbaycan da bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır.

AŞPA rəhbərliyinin Bakıya gəlməsi şübhəsiz ki, bu səfər çərçivəsində ikitərəfli münasibətlərin bugünkü reallığı və perspektivi ilə bağlı məsələlər, yaranmış anlaşılmazlıqalar müzakirə ediləcək. Nəzərə alsaq ki, vaxtilə Avropa Parlamenti də Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymuşdu. Amma sonradan özləri Bakıya gəldi, Azərbaycan Prezidenti ilə görüşdü və etiraf etdilər ki, Azərbaycana münasibətdə obyektiv olmayıblar. Ona göə də hesab edirəm ki, AŞPA-da çox gözəl bilir ki, Azərbaycan regionun lider dövlətidir, Azərbaycanla əməkdaşlı Avropa Şurasının özü üçün də lazımdır. Qarşılıqlı əməkdaşlıq, bərabər hüquqa söykənən əməkdaşlığa üstünlük veririk. Eyni zamanda beynəlxalq hüququn bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşırıq. Özümüz buna əməl edib, başqalarından da bunu tələb edirik. Hesab edirəm ki, bu səfər AŞPA-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni impulslar verə bilər. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol