“Növbəti belə əməliyatlar olacaq və biz torpaqlarımızı işğaldan azad edəcəyik”
Azərbaycan ordusunun uğuru
“Aprel ayında gedən döyüşlərdə şəhid olan əsgərlərimizin hər biri Mübariz İbrahimov kimi Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsi açdı. Torpaq, uğrunda can verən şəhidinin qanı ilə yaşayır. Torpaq şəhid verməsə heç vaxt azad ola bilməz. Şəhidlərimiz də torpağı yaşatmağı özlərinə ən ali vəzifə bilənlərdir”.
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev yaşadığımız aprel ayını öz qəhrəmanlığı ilə tarixə yazan əsgərlərimizin xatirəsini anarkən söyləyib.
ALDP sədri bu gün torpaq uğrunda canını qurban verən bütün şəhidlərimizin ən yüksək zirvədə dayandığını deyib. Bildirib ki, Aprel döyüşlərində göstərdiyi şücayətlər Azərbaycan əsgərinin əsl qəhrəman kimi vuruşduğunu dünyaya sübut edib:
“Aprel döyüşləri Azərbaycan ordusunun uğurudur. Çox təəssüf ki, bu döyüş torpaqların tam azad olunmasına qədər davam edib, tam qələbə ilə başa çatmadı”.
F.Əliyev Aprel döyüşlərinin çox qısa sürməsini Azərbaycana qarşı beynəlxalq təzyiqlərin olması ilə əlaqələndirib:
“Dünya böyükləri ordumuzun gücündən qorxmasaydılar, beynəlxalq təzyiqlərə əl atmazdılar. Bəlkə də Aprel döyüşlərinin dayandırılması düzgün addım idi. Biz bu proses davam edəcəyi təqdirdə nələrin baş verə biləcəyini bilmirik”.
Partiya sədri bildirib ki, bütün hallarda Azərbaycan ordusunun bu antiterror əməliyyatı çox uğurlu idi:
“Bir daha bütün dünyaya göstərdik ki, bizim ordumuz güclüdür. Bu fakt bir daha dünyaya, düşmənə bəyan edir ki, biz istənilən vaxt torpaqlarımızı azad edə bilərik.
Bu gün torpaqlarımızın işğaldan azad olunması uzanır. Amma mən inanıram ki, Aprel Şəhidlərinin və bundan əvvəl torpaq uğrunda canını fəda edən Şəhidlərin qanı yerdə qalmayacaq. 100 il əvvəl genosidə məruz qalmış soydaşlarımızın qanı yerdə qalmayacaq. Aprel döyüşləri kimi, növbəti əməliyatlar olacaq və biz torpaqlarımızı işğaldan azad edəcəyik”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
5 sərnişin həlak olub, daha 3 nəfər tibb müəssisələrinə aparılıb