Dağlıq Qarabağın azərbaycanlı icması Fransa deputatlarının qanunsuz səfəri ilə bağlı bəyanat yayıb

21:37 12-09-2019 | icon 453 | Gündəm
Dağlıq Qarabağın azərbaycanlı icması Fransa deputatlarının qanunsuz səfəri ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar bəyanat yayıb.

 

İcmadan Versus.Az-a verilən məlumata görə, bəyanatda deyilir:

 

"Ermənistan KİV-lərində yayılmış məlumata əsasən, Fransa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib və bir sıra “tədbirlər”də iştirak ediblər.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir.

 

Biz, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin “legitimləşdirilməsinə” yönələn “cəhdlər” heç bir nəticə verməyəcək və bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür