"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

15:39 14-09-2019 | icon 881 | Siyasət
"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucusu, sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində yaranan problemlər aylardır davam edir. Bir həftə öncə əməliyyat olunan keçmiş nazir ikinci əməliyyata hazırlaşır.

Versus.Az “Yeni Müsavat”a istinadla xəbər verir ki, bunu AXH-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin birinci müavini, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib. O, İ.Həmidovla telefon vasitəsilə əlaqə saxladığını bildirdi: “İsgəndər bəylə sentyabrın 12-də danışmışam. Keçən həftə əməliyyat olunub. İkinci əməliyyata hazırlaşır. İnşallah, gələn həftənin ikinci günü olmalıdır. Ümumi vəziyyəti normaldır. Hamıya salamı var. Çox pozitiv söhbətimiz oldu. Qurultayla, qurultaya hazırlıq işləri ilə maraqlandı. Onun haqqında dedi-qodu yayanlara da xüsusi salamlar dedi. Belə deyərdim, əhval-ruhiyyəsi yaxşı idi”.

 

Fuad Əliyev

ALDP sədri AXH-nin fəaliyyətini davam etdirdiyini qeyd etdi: “Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hər həftənin altıncı günü iclas keçirir. Təşkilat Komitəsinin üzvləri rayonlarda keçirilən konfranslarda iştirak edirlər. Keçən həftə 18 rayon və bir neçə qəsəbədə konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Bu həftə də 20-yə yaxın təşkilatlarda konfransların keçirilməsi nəzərdə tutulub və keçirilir. Bu qaydada işlərimiz davam etsə, protokolların 70 faizi Təşkilat Komitəsinə daxil olandan sonra qurultay gününü müəyyən etmək olacaq. Mənim fikrimcə, qurultayı oktyabrın birinci on günlüyündə keçirə bilərik”.

Qeyd edək ki, AXH-nin  əvvəlki kimi fəal olmadığı, əksinə, zəiflədiyi yönündə xəbərlərə tez-tez rast gəlirik. Xüsusilə, hərəkat iki hissəyə parçalanandan sonra fəaliyyətində daha çox gerilədi.

F.Əliyev AXH-nin əvvəlki kimi fəal olmaması barədə fikirlərlə haradasa razılaşır, amma bunun səbəbləri barədə deyilənləri qəbul etmir: “Haradasa bu fikirlə razılaşmaq olar. Yay aylarında hamı istirahət etməyə daha çox meyllidir. Amma AXH üzvləri qurultayın keçirilməsi barədə qərar verdikləri üçün bu yay çox aktiv oldular. Rayonlarda konfrans qabağı təbliğat işlərini gücləndirdilər, yeni üzvləri qəbul etdilər və s. kimi işlər görüblər. AXH güclü olduğuna görə, hakimiyyət hərəkatı parçalamaq, dağıtmaq istəyib. Yaranan gündən üzvlərə, rəhbərliyə təzyiqlər edib, həbslər olub. Bir neçə üzvü ələ alıb, nəticədə qopmalar olub. Bütün bunlara baxmayaraq biz öz işimizi davam etdirmişik. Kim nə deyir-desin, AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol