"Atam da çəkən idi"

16:23 14-09-2019 | icon 351 | Hadisə
"Atam da çəkən idi"

Külli miqdarda narkotik satışında təqsirləndirilən qadının məhkəməsi keçirilib.

 

Versus.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilərək həbs edilən 1988-ci il təvəllüdlü Səbinə Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Səbinə Quliyeva özünü qismən təqsirli bilib.

O deyib ki, həbs edilən zaman narkotik satışı ilə məşğul olmayıb. Müttəhim narkotik istifadəçisi olduğunu etiraf edib.

Səbinə onu da etiraf edib ki, bir dəfə narkotik satışı ilə məşğul olub.

İlk dəfədir məhkumluq həyatı yaşayan Səbinə narkotikin onun və ailəsinin həyatını məhv etdiyini söyləyib və bildirib ki, mərhum atası da narkotik istifadəçisi olub.

10 yaşlı oğlan övladı olan Səbinə əməlindən peşman olduğunu, bu yoldan xilas olmaq istədiyini söyləyib.

 

Şahidlər olmadığı üçün məhkəmə iclası təxirə salınıb.

Səbinə Quliyeva Biləcəri qəsəbəsində yaşayyıb və "Səbiş" ləqəbi ilə tanınıb.

S.Quliyeva bu ilin may ayında saxlanılıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynovu saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli-miqdarda narkotik vasitələrin qanunsuz satışı) maddəsi ilə ittiham verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin