Bakının azad edilməsi ilə Azərbaycanın müstəqilliyinə yol açıldı

17:27 15-09-2019 | icon 444 | Gündəm
Bakının azad edilməsi ilə Azərbaycanın müstəqilliyinə yol açıldı

"Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi".

 

Versus.Az  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral 15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edən zaman şəhid olan türk əsgərlərinin abidəsini ziyarət edərkən deyib.

 

"Bakının azad edilməsi ilə Azərbaycanın müstəqilliyinə yol açıldı. Bu, bütün türk dünyası, gələcəyi üçün əlamətdar bir hadisə idi. Beləliklə, Bakının azad olunması həmçinin Azərbaycanın indiki sərhədləri daxilində müstəqillik əldə etməsində böyük rol oynadı. Əlbəttə ki, bu hadisə təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmlidir. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının bariz nümunəsi idi", - deyə səfir söyləyib.

Diplomatın sözlərinə görə, Birinci Dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günlərini yaşamasına baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi.

"Bu gün Azərbaycan və Türkiyə bir-birini dəstəkləyən və gücləndirən iki ölkədir. Bildiyiniz kimi, Azərbaycan Türkiyənin ən böyük investorudur. Eyni zamanda, Türkiyənin Azərbaycanda çoxlu sayda şirkət açan ən böyük sərmayədarlardan biridir. Bu, birliyimizin və yaxınlığımızın bir nümunəsidir ", - deyə E.Ozoral bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı