Əvəz Zeynallı Cəmil Həsənliyə “od püskürdü”

17:32 15-09-2019 | icon 615 | KİV
 Əvəz Zeynallı Cəmil Həsənliyə “od püskürdü”

“Bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki?”

 

Xural layihələrinin müəllifi, tanınmış jurnalist Əvəz Zeynallı Milli Şuranın üzvü Cəmil Həsənli barədə yazıb.

 

Versus.Az xəbər verir ki, jurnalist Fərman Dəmirqoldan götürdüyü müsahibəyə görə Cəmil Həsənlinin ittiham və iddialarına məruz qalmasına cavab verib.

 

Sitat: “Mən Fərman Dəmirqolu ilk dəfə görür, danışırdım. Söhbətimiz boyu da incik tonunu hiss etdim. Ona müsahibə təklif etdim, "mən Azərbaycan mətbuatına müsahibə vermərəm" dedi. Səbəbini soruşdum, "çox müsahibə vermişəm, amma verməyiblər" dedi. O zaman canlı yayın təklif etdim. "Buyurun, canlı çıxın danışın, dediyiniz hər sözün getdiyinə əmin olun" dedim. Vəssalam. Belə oldu müsahibənin tarixi. Doğurduğu rezonans böyük olduğu üçün yaranan suallara cavab vermək məqsədi ilə təkrar müsahibə götürdüm. Rekord baxış oldu. Bir həftəyə 1-ci müsahibəyə 65.000, 2-ci müsahibəyə 13.000 adam baxıb. Bu, bizim kanal üçün böyük göstəricidir. Təbii ki, gələnə qədər ehtiyac olsa, 3-cü müsahibəni də edə bilərəm.

Bir neçə gün əvvəl Cəmil Həsənlinin dəstəsinə aid olan və Amerikada fəaliyyət göstərən bir kanalda da bu haqda danışmışdılar. Elçibəyin "elə edin ki, gözüm bu adamı görməsin", dediyi bir adam nəfəsi tıncıxa-tıncıxa mənim hansı pullarla İstanbula gəldiyimdən və Mehriban Əliyevanın piarına dəstək verdiyimdən danışırdı. Fikir vermədim. Bir cümlə cavabla kifayətləndim. Amma Cəmil Həsənlinin dolayısı yolla bu cəfəngiyatı təkrar etməyi mənim üçün ona görə cavaba layiqdir ki, deməli, tezis ya Cəmil Həsənlinindir, ya da Cəmil bəy deyilənlərə şərikdir. Olsun, bu da Cəmil müəllimin haqqıdır”.

Ə.Zeynallı bildirib ki, C.Həsənli onun barəsində belə fikir yaratmaqda haqlı deyil: “Anlamıram, onsuz da bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki? Etsinlər, can onların, cənnət Tanrının, amma mən belə şeylərdən qorxmuram axı. Mənim bütün ömrüm savaşlarda keçib və bu, indi də davam edir, bunu bilməlidirlər”...

Əvəz Zeynallı Cəmil Həsənlinin həyatındakı bir fraqmenti - hakimiyyətlə işbirliyi içərisində olmasını detalları ilə xatırladıb: “Bunlar Əliyevlərin stolunun başında oturanda mən Əliyevlərin zindanlarında oturmuşam. Mən zindanda olanda, Cəmil Həsənli Əlimərdan Topçubaşovun kitabını - Anar Məmmədlinin həbs olunduğu gün nəşrə verib. Bilirsinizmi, kimin patronajlığında və aranjimanında - Hafiz Paşayevin! Ön sözü də Hafiz Paşayev yazıb - Cəmil Həsənlinin Əliyevlərə necə xidmət etdiyini bəlağətlə təsvir edib...”

Əvəz Zeynallı özü üçün çıxartdığı qənaəti də yazısında ifadə edib: “Allah göstərməsin, sizmi hakimiyyətə gəlib demokratik cəmiyyət quracaqsınız?! İnanmıram, belə hərəkətlərinizdən sonra isə sizi Azərbaycan üçün təhlükəli görürəm”.

Baş redaktor yazıb ki, C. Həsənlinin onu hədəf göstərib səhifəsində söydürməsini tam ona yaraşdırıb: “Bir neçəsini də tanıdım. Allah qollarına qüvvət versin. Kim mənə nə deyir, nə yazırsa, iki mislini özünə qaytarıram, kim mənə nə arzulayırsa elə onun da iki misli özünə qismət olsun. Cəmil Həsənli isə narahat olmasın, Bakıya qayıdan kimi onu "Qaynar Qazan"a dəvət edəcəyəm. Bir neçə dəfə etmişəm, gəlməyib, bu dəfə də edəcəyəm. Ona çoxlu suallarım var mənim də... Hə, başda yazmışdım - insan obyektivlik hissini itirəndə ölür. Allah hamının ölənlərinə rəhmət eləsin!”

Musavat.com xatırladır ki, C.Həsənli statusunda Ə.Zeynallının bu müsahibəsində F.Dəmirqolun indiyə qədər olmadığı qədər qarayaxma, yalan və böhtan danışdığını yazıb. O, sətiraltı bu müsahibənin məqsədli götürüldüyünü və hakimiyyətə xidmət etdiyini bildirib.

O, deyib ki, Əvəz Zeynallının Ferman Demirkolla müsahibəsinin bir sıra mühüm məqsədi var. Sitat: “...Mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, ...Əli Kərimlini hədəfə almaq, Xalq Cəbhəsinə qarşı istifadə edilmiş "Nardaran işi" və cəbhəçiləri şiə radikalizminə bağlamaq, "Gülən hizmət imamı" fonunda Əli Kərimlini sünni devrimçiləri ilə iş birliyində suçlamaq, Gözəl Bayramlı və Əfqan Muxtarlının şəxsində Kərimlini Qərbdən maliyyə dəstəyi almaqla konstitusiya qurluşunu zor gücünə devirməkdə günahlandırmaq; Saleh Rüstəmli olayında Kərimlini guya çirkli pulların yuyulmasının ortağı kimi təqdim etmək, indi isə Ferman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb Xalq Cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək və Əli Kərimliyə qarşı əvvəlcə təbliğat hazırlığı görüb ardınca Zakir Qaralov və Vilayət Eyvazovun birgə "hüquqi" bəyanatı ilə hakimiyyət üçün baş ağrısına çevrilmiş cəbhəçiləri "devrimçi" kimi təhdid etmək...”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”