Şəhidlər ölməz: Milli Qəhrəman Oqtay Güləliyev

20:23 15-09-2019 | icon 708 | Şəhidlər və şahidlər
Şəhidlər ölməz: Milli Qəhrəman Oqtay Güləliyev

 

"O torpaqdan ötrü ölürdü. Yaralanandan sonra kim desəydi ki, getmə, deyirdi ki, yox, siz başa düşmürsüz ey, torpaq nə deməkdir!.. Laçının ən axırıncı günündə çıxmışdı. Ordan Laçının bir ovuc torpağını gətirmişdi. Oqtay deyirdi ki,  bir əhdim var, bu torpağı öz əlimlə geri qaytarım"...

 

(10.11.1962, Laçın  r-nunun Xaçınaylı k. – 19.9.1992, Laçın) – Azərbaycanın Milli Qəhrəmanı (11.5.1993, ölümündən sonra).

  

Orta təhsilini Laçın şəhər 1 saylı orta məktəbində almış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildən rayon DİŞ-də işləmiş, 1989-cu ildə Poltava Kooperativ İnstitutunu qiyabi bitirmişdir.
 
Oqtay Güləliyev polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak etmiş, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Onun komandir olduğu dəstə Laçın kəndlərinin müdafiəsi zamanı ermənilərin xeyli döyüşçüsünü məhv etmiş, yüksək rütbəli zabitlərini əsir götürmüşdür. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.
 
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı yadigar qalmışdır.
 
Laçın rayonunun Piçənis kənd orta məktəbinə Oqtay Güləliyevin adı verilmişdir.
 
Əd.: “Laçın şəhidləri”, Bakı, “Bəxtiyar-4”, 2013, s.8
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı