Nuru paşanın yavəri Novruz kişi oxuduğum məktəbdə gözətçi işləyirdi

11:26 16-09-2019 | icon 146 | Kürsü
Nuru paşanın yavəri Novruz kişi oxuduğum məktəbdə gözətçi işləyirdi

“Hansısa körpə illər sonra bu ifadələri yazacaq. Yazacaq ki, Laçını, Şuşanı, Kəlbəcəri, külli Qarabağı işğaldan azad edən o əsgəri mən görmüşəm. 1918-ci il 15 sentyabrda Bakını işğaldan azad edən Nuru paşanın yavəri Novruz babanı mənim gördüyüm kimi…”

 

Nuru Paşanın yavəri…

15 sentyabr Bakının işğaldan azad olunmasının 101-ci ildönümündən danışdıq, yazdıq, hər kəs bu günlə bağlı mövqe ifadə etdi. Nuru paşanı, şəhid olan mehmetçikləri, o cümlədən 4000’ə yaxın Azərbaycan türkünü də andıq, daim anırıq, anacağıq, Allahdan rəhmət diləyirik.


Hər kəs bu tarixi Azərbaycanın şanlı tarixlərindən biri kimi qeyd edir.

Mən də o günün yadigarlarından olan, o günə dair uşaqlıq xatirələrimdən yazmaq istərdim. Tarix də mənə Nuru paşanın yavəri olmuş Novruz kişi ilə 7-8 il hər gün görüşməyi nəsib edib.

Nuru paşanın yavəri Novruz kişi oxuduğum məktəbdə gözətçi işləyirdi. Hansı şəraitdə, necə gəlmişdi Sovet dönəmi olduğu üçün onu danışmırdı demək olar ki.

Novruz baba deyirdik ona. Novruz babanın bizim marağımıza səbəb olan iki xüsusiyyəti var idi. Birincisi, xarici görkəmi idi. Sonradan bunu fərq etmişdik, əvvəllər uşaq olduğumuz üçün çox maraqlı gəlmişdi bizə görkəmi. Dümdüz qaməti vardı, sovet dövrünə xarakterik olmayan geyimi, ağappaq saqqalı və bığı var idi. Başında həmişə qaragül papağı olardı və ləhcəsi bizim Azərbaycan türklərinin eşitmədiyi bir ləhcə idi. Bizim üçün doğma olan ləhcə deyildi o dövrə nisbətdə. Çünki o ləhcəni eşitməmişdik. O baxımdan da Novruz baba bizim diqqətimizi səhv etmirəmsə, üçüncü sinifdə oxuyanda cəlb etdi, onunla ünsiyyətə girməyə başladıq.

Məktəbin girişində Novruz babanın gözətçi otağı var idi. Tez-tez yanına yığışar, kimliyini soruşar, onu söhbətə tutmaq istərdik. Həmişə gözlərini uzağa zilləyərdi, yol çəkərdi gözləri. Deyərdi ki, heç özüm də bilmirəm kiməm. Nə bilim? Mən də bir adamam, Allahın yaratdığı bir adam…

 

Uzun müddət Novruz babanı danışdıra bilmədik. Uşaq idik. Uşaq marağından çıxa bilmədiyimiz zamanlar idi.

Əslində onun adi adam olmadığını böyüdükcə anlamağa başladıq.

Novruz baba bizə bir çox şeyləri danışmağa başlamışdı artıq. Nuru paşayla birgə Bakıya gəlişlərini də, Gəncədə baş verənləri də, sonralar Bakıda hansı şərtlər çərçivəsində işlədiyini də – həmişə pıçıltı ilə danışardı – özü də deyərdi ki, baxın, təkcə sizə danışıram aa, heç kimə danışmayın. Lap sonda da deyərdi ki, bu danışdıqlarımı da bir nağıl bilin. Gerçək bilməyin bu danışdıqlarımı…

İçərisində Sovet hökümətinin yaratdığı bir xof var idi Novruz babanın. Həbs olunmuşdu Sovet hökümətinin gəlişindən sonra. Səhv etmirəmsə, Novruz babanın bir qızı var idi, o ailə qurandan sonra gəlib bizim məktəbə yerləşmişdi gözətçi işləməklə. Orda yaşayırdı.

 

Novruz baba bizim bir millət olduğumuzu, əslimizin, nəcabətimizin zaman-zaman eyni kökdən olduğu və 1918-ci ildə Azərbaycanda fərqli bir dövlət quruluşundan danışardı – düzdür, Sovet hökümətindən qorxduğu üçün tərifləmirdi AXC-ni 

deyərdi ki, çox fərqli bir hökümət idi o zamankı hökümət, sonradan xalq qalxdı, Sovet höküməti qurdu, mən də o höküməti bəyənərək qaldım Bakıda. Ancaq bu “bəyənərək” deyərkən gözləri kədərlənər, çox uzaqlara baxardı, susardı… Məktəbimizdə avtobus sürücüsü erməni millətindən olan Jora var idi. Novruz baba heç vaxt ona salam verməzdi, bizə deyərdi uzaq durun ondan. Səbəbini o zaman anlamırdıq…

Nuru paşa haqqında çox danışmamağa çalışardı. İnformasiyanın çıxacağından çəkinərdi, elə bilirdi ki, hələ də xüsusi xidmət orqanları onu izləyir. Narahat idi…

Əslində Novruz babanı həm də ona görə xatırladım ki, Nuru paşanın yadigarını, yavərini və son əsgərini Azərbaycanda görənlərdən biri də mən olmuşam. Nə xoşbəxtəm ki, o əsgərlə danışa bilmişəm. Çox mehriban adam idi. Əlində əsası da var idi. Eynən Osmanlı tipində əsgər və zabit, osmanlı tipində yaşlı insan obrazları hansı şəkildə ağlımıza gəlirsə, bax, məhz eynən o tipdə idi. Və bu gün köhnə filmlərdəki obrazlara baxanda Novruz babanı görürəm, xatırlayıram. Allah Novruz babaya rəhmət eləsin.

Nuru paşanın son əsgərini görmək mənə nəsib olduğuna görə çox mutluyam.

Əminəm ki, biz bir gün Qarabağı azad edərkən də gələcək nəsil orda yaşamış, orda döyüşmüş qazilərdən sonuncusunu görməklə fəxr edən nəsil olacaq Azərbaycanda. Deyəcəklər ki, Kəlbəcəri işğaldan azad edən son əsgəri mən görmüşəm. Hansısa körpə illər sonra bu ifadələri yazacaq. Yazacaq ki, Laçını, Şuşanı, Kəlbəcəri, külli Qarabağı işğaldan azad edən o əsgəri mən görmüşəm. 1918-ci il 15 sentyabrda Bakını işğaldan azad edən Nuru paşanın yavəri Novruz babanı mənim gördüyüm kimi…

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

Yaraları sağaldır, qanaxmanı dayandırır

Quru öskürəyə qarşı kokteyl

Gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/