ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

12:19 16-09-2019 | icon 1712 | Şəhidlər və şahidlər
ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

 Torpaq uğrunda ölən varsa Vətəndir!..

Amma nə yazıq ki, uğrunda can qoyduğumuz Vətənlə birgə o torpaqlar uğrunda can qoyan Şəhidlərimizin də Ruhu didərgindir, Şəhidlərimizin də Ruhu məcburi köçkün həyatı yaşamaqdadır. Bu gün bütöv Azərbaycanı Şəhid harayı bürüyüb, bu gün bütöv Azərbaycan özü böyda Şəhid qəbiristanlığına çevrilib. Şəhid qəbirləri bu gün bütöv Azərbaycan üçün bir vətənə çevrilib. Şəhid qəbirlərindən duyulan iniltilər, sızltılar Vətən ağımıza çevrilib. Üstündə gəzdiyimiz torpaq da bizi qınayır. Şəhid övladına qucaq açan torpaq şəhidini toxdada bilmir. Çünki o Şəhidin uğrunda can qoyduğu Vətən parçası hələ də tapdaq altındadır. 27 ildir ki, qara bürünüb dərdinə yas saxlayan Vətən adlı anamızın başını sülh göyərçinlərini pərvazlandıranların şirin vədləriylə qatırlar...

 

27 ildən bundan öncə bu torpaq uğrunda canını fəda etməyə hazır olan oğlanlar erməni və ermənilərin arxasında duran qüvvələrin məkrli planlarını durdurmaq üçün ayağa qaldılar. Bu OĞLANLARIN sırasında XASAY QAÇAY OĞLU QULİYEV də var idi... Quliyev Xasay Qaçay oğlu 22.02.1957-ci ildə Bakı şəhərində anadan olub. O 1980-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunda yerləşən 27 nömrəli məktəbi bitirəndən sonra “Azəriqaz” Geofizika İdarəsində sürücü kimi işləyib. O 1982-ci ildə ailə həyatı qurub. Hazırda onun bu evlilkdən iki övladı var.

Övladları Quliyeva Lamiyə Bakı Texniki Kollecin mühasibat fakültəsini, oğlu Quliyev Rəşad isə bakı Dövlət Universitetinin beynəlxalq hüquq və münasibətlər fakültəsini bitirib.

Quliyev Xasay məlum hadisələr başlayanadan sonra o, könüllü olaraq ordu birləşmələrinə qoşulub. Onun üçün vətən adı hər şeydən uca idi. O canından çox sevdiyi vətənin müdafiəsi üçün öz ailəsini və övladlarını qoyaraq vətənin müdafiəsinə yollanıb. Çünki o düşmənin məkrli olduğunu tarixdən bilirdi. Digər tərəfdən xasayın babası Sisyan rayonununu şəki kəndindən, babsı Quliyev Surxay çar Rusiyası tərəfindən güllələndikdən sonra, nənəsi gülarə xanım kəndi tərk edərək Laçın rayonunda məskunlaşıb.

Erməni işğalı anasıgildən də yan keçməyib. Belə ki, Anası Gülpəri xanımın da doğulduğu Qubadlı rayonu işğalçıların təcavüzünə məruz qalmışdır.Quliyev Xasayın qısa dönəm döyüş yolundan geniş danışmaq olar.O şəhidlik zirvəsinə ucalmağı arzu etmişdi sanki.20 Yanvar şəhidlərinə Dağüstü Parkda məzar qazmaq üçün dostları ilə təşkilatlanmışdılar.O məzarları qazarkən “Kaş ki mənim də məzarım burada olaydı”deyə arzu edibmiş.Belə faktları çox sadalamaq olar. Qonşuları,qohumları,dostları onun nə qədər cəsarətli bir insan olduğundan dəfələrlə bəhs ediblər. Onun vətən sevgisindən çox bəhs etmək olar,bunu bir və ya bir neçə sözlə izah etmək mümkün deyil. O,erməni işğalının qarşısını almaq üçün savaşlara qatıldı və 21.08.1992-ci ildə Ağdərə rayonunun Arutunaqamer kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

 

TANRIVERDİYEV İNTİQAM Xasayın həm döyüş yoldaşı, həm də qonşusu olub. Onun Xasayla bağlı söylədiklərinə qulaq asanda adam bir anlığa Xasaylı günlərə qayıdır, o xoşbəxt anları bir də yaşamağa çalışır:

“Mən Xasayla bir məhlədə yaşayırdıq. Adətən Xasay həyətdə gec-gec görünürdü. Elə bilirdik ki, bu, işlə bağlı idi. Ancaq mən özüm də 713 saylı batalyona yazılanda gördüm ki, artıq Xasay məndən də qabaq bu batalyona yazılıbmış. Biz Lacında olanda onunla daha yaxından bir-birimizi tanıdıq. O, çox şən, zarafatcıl bir adam idi. Rotada bütün yoldaşlarla çox gözəl münasibəti var idi. Hamı onu kimi tanıyırdı. Yaxşı yoldaş idi. Bir dəfə nəyə görəsə şəhərə gəlmişdi, balaca bir oglu var idi, adı da Rəşad idi. Rəşad elə bilirdi ki, atası doyüşdən cıxıb gəlib. Atasına demişdi ki, sən orada əmiləri qoyub gəlmisən Bakıya. Sonra qayıdıb gələndə deyirdi ki, oglum məni evə buraxmır. Deyir ki, get Lacına. O rəhmətə gedəndə mən onun yanında olmamışam. Ancaq burada onu qarşılayıb dəfn elədik. Bu, mənim uçun cox ağır idi. Allah Xasayla birgə cəmi Şəhidlərimizə rəhmət eləsin”...

 

İgid Teymurlu

Xasayla bağlı elə mənim də yaddaşımda xoş xatirələr qalıb: “İntiqamın da söylədiyi kimi insanlara münasibətdə çox səmimi idi, O, hər kəslə öz dilində danışmağı bacaran adam idi. Vətənə bağlı olduğu qədər ailəsinə də bağlı bir insan idi. Şirin bir ləhcəsi var idi Xasyın. Hələ Üçtəpədə olanda uşaqlar bir-birini tam tanımadıqları zaman Xasay öz davranışlarıyla sanki bizləri bir-birimizə yaxınlaşdırır, ortalıqda olan baryerləri aradan qaldırmağa çalışırdı. Taksi şoferlərinə xas xüsusiyyəti onun insanlarala daha tez ünsiyyətə girməsinə rəvac verirdi. Aramızda bir az yaş fərqi olsa da, Xasay özünü bizim həmyaşıdımız kimi aparırdı. Heç zaman üzündən gülüş əskik olmazdı. Bir dəfə iki günlük evə gəlmişdi. Qayıdanda elə hey azyaşlı oğlu Rəşadın “qəhrəmanlığı”ndan danışırdı. Deyirdi ki, “Rəşad mənim vayenni papağımı başına qoyub məhlə uşaqlarına deyir ki, sizin atanız kişi deyil. Amma mənim atam kişidi, bax kişilər başlarına belə papaq qoyurlar”.

Döyüşlərin gedişatında belə Xasay zarafatından qalmazdı. O zaman mən qranatamyotçu idim. Ağdərənin Arutunaqamer kəndinə hücum zamanı Xasay Şəhidlik Zirvəsinə ucaldı. Bir yurd Fədü öz ölümü sanki Xasayın ürəyinə dammışdı. Xasay da “dşk”-nı daşıyanlar sırasında idi. O günü ilk dəfə idi ki, mən Xasayın üzündə təbəssüm görmədim. Ağdərəyə çatar-çatmaz 713 saylı hərbi hissənin tərkibində olan birinci rotanın uşaqları da daxil olan birləşməyə tezbazar hücum əmrinin verilməsi çoxu kimi Xasayı maraqlandıran sual idi. O, elə hey “bu yolları kəşfiyyat yoxlayıbmı və hansı kəşfiyyat yoxlayıb? Nəsə ürəyimə damıb” deyirdi. Nə yazıq ki, o günü Xasayın ürəyinə damanlar çin çıxdı. Verilən yanlış “kəşfiyyat məlumatları” və “bələdçi” ilə birinci rota arasında gözlənilmədən kəsilən əlaqə, ara məsafəni gözləyən qüvvələrin əlaqənin itməsi ucbatından bir-birindən ayrı düşməsi və paralel olaraq eyni anda erməni hərbi birləşmələrinin sanki düppədüz verilən koordinatlara atəş açmaları neçə-neçə can qardaşımızın Şəhid olmasıyla nəticələndi.

Xasay da o Şəhidlərin arasında idi. Amma bütün Şəhidlərimiz kimi Xasay da ölməyib. Hər addımımda Xasayın gülər üzünü görürəm. Və həm də uğrunda can qoyduğu torpaqlarımızın hələ də erməni tapdağı altında qalmasına görə Xasayın Şəhid Baxışlarından doğan Diktədə bir Vətən harayı var, Allah cəmi Şəhidlərimizə rəhmət eləsin və Allahn millətimizə güc, qüvvət versin ki, hamılıqla Nigaran Ruhların Vətən Harayına səs verə bilək”...

 

 

Versus.Az

 İgid Teymurlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür