Kardioloq təhlükəli yuxu formalarından danışdı

12:52 16-09-2019 | icon 426 | Maraqlı
Kardioloq təhlükəli yuxu formalarından danışdı

Krım Səhiyyə Nazirliyinin baş kardioloqu Valeriya Sadovoy “Sputnik Krım” radiosuna açıqlamasında yan üstdə yatmağın onurğa üçün zərərli olduğunu və qarındaxili təzyiqi artırdığını deyib.

 

Mütəxəssisin sözlərinə görə, ən əlverişli variant beli üstdə, düz yatmaqdır. O əlavə edib ki, yuxu üçün ən təhlükəli duruş isə oturaraq yatmaqdır:

“Oturaraq yatmaq ürəyə pis təsir edir, qarındaxili təzyiqi artırır və bədəndə şişkinlik yaradır. Bu, damarların genişlənməsi və tromboz yaranmasına gətirib çıxarır”.
 
Bundan əlavə, kardioloq gün ərzində yatmağın faydalarından danışıb. Həkim belə bir istirahətin ürək-damar xəstəliklərini azaltdığını və canlılıq hissini artırdığını vurğulayıb. 

 

Sadovoy günlük yuxu rejiminin alınmasının mütləqliyini bildirib:

“Səkkiz saatlıq yuxu istirahəti - bizə lazım olan və məsləhət görülən tam olaraq budur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür