Elgizi tənqid atəşinə tutdu: "Cahil, atgöz..."

17:08 16-09-2019 | icon 746 | Şou-biznes
Elgizi tənqid atəşinə tutdu: "Cahil, atgöz..."

Əməkdar artist Məlahət Abbasova Türkiyədə "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovaya dəstək olub.

 

Versus.Az Axşam.az -a istinadən xəbər verir ki, aktrisa aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı tənqidlərə əsəbiləşib. O, Elgizin dediyi "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" sözlərini tənqid edib:

 

 

"İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.

 

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".

Yağmur isə M.Abbasovanın paylaşımına "Dəstəyiniz üçün sonsuz təşəkkürlər. Gözəl görən gözləriniz var olsun. Hər şeyi olduğu kimi açıqladınız" sözləri ilə reaksiya verib.

Əməkdar artist Sənubər İsgəndərli də Yağmura dəstək olaraq, M.Abbasovanın sözlərini təsdiqləyib.

Qeyd edək ki, Elgiz Türkiyədə aktyorlarımıza dəyər verilmədiyini, onların aşağı səviyyəli obrazlara çəkildiklərini tənqid edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür