İkili diplom proqramlarının sərgisi keçiriləcək

13:45 17-09-2019 | icon 488 | İqtisadiyyat
İkili diplom proqramlarının sərgisi keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC ikili diplom proqramları‘’ sərgisi keçiriləcək.

 

Sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə 8 ikili diplom proqramı təqdim olunacaq.

 

UNEC-də bakalavr pilləsi üzrə 4 il müddətində London Unversiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du développement) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin diplomlarını əldə etmək mümkündür.

 

Eləcə də magistr pilləsi üzrə isə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ikili diplom proqramları reallaşdırır.

 

İkili diplom proqramlarının sərgisi sentyabrın 21-də saat 10:00-14:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət küçəsi 6) keçiriləcək.

UNEC-in tələbə, magistr və valideynləri sərgiyə dəvət olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin