“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik”

13:52 04-04-2018 | icon 77 | Cəmiyyət
“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlının “Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitabı nəşr edilib.

 

Komitədən Versus.az-a verilən məlumata görə, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar və müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib. Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, müstəqilliyimizin bərpasından sonra respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum barədə ətraflı izahlar verilib. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən din siyasəti, ölkədə dini durumun nizama salınması sahəsində atılan addımlar, multikultural və tolerant dəyərlərimizlə bağlı məsələlər kitabda geniş təhlil edilib.

 

Nəşrdə, eyni zamanda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsinə xüsusi diqqət ayırıb, onun tarixi-ictimai, ideoloji və beynəlxalq əhəmiyyətini şərh edib. Mühüm siyasi addım və qlobal humanizm aktı olan həmrəylik çağırışı istiqamətində geniş fəaliyyətə başlanılmasının nəinki respublikamız və bütün müsəlman ölkələri, bütövlükdə dünya üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də dinşünaslara, siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

Akif Əlizadə adına təqaüd

Aprel qazisi özünü öldürüb

Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Ertələnən seçkilərdə iştirakçılıq

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

Rus dilinin tədrisi təklif olunub

Türkiyədə - ETİRAZ BƏYANATI

"Bakıda ən çətini tormozlamadır"

Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

Sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxılacaq