"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır"

10:13 05-04-2018 | icon 173 | Siyasət
"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır"

Versus.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan bu Hərəkatın yeni üzvüdür:

 

"2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən də dəstək veriblər".

 

İlham Əliyev bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki Ermənistanın işğalı altındadır:

 

"Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".

 

Prezident əlavə edib:

 

"Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir. Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə siyasətinə baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələ bilər".

 

Dövlət başçısı bildirib ki, Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır:

 

"Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir