Əlilliyi olan gənclərin problemlərinə həsr olunmuş konfrans keçiriləcək

15:26 02-10-2019 | icon 37 | Cəmiyyət
Əlilliyi olan gənclərin problemlərinə həsr olunmuş konfrans keçiriləcək

Bakıda əlilliyi olan gənclərin problemlərinə həsr olunmuş konfrans keçiriləcək.

 

Gənclər və İdman Nazirliyindən Versus.Az-a verilən məlumata görə, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri, media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

 

Konfransın keçirilməsində əsas məqsəd MDB ölkələrində əlilliyi olan gənclərə sosial inteqrasiya və icma həyatında iştirak etmək üçün əlverişli şəraitin yaradılması, əlilliyi olan gənclərlə sosial işin ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi sahəsində konfrans iştirakçılarının fikir mübadiləsi aparmaları, əlilliyi olan insanların təhsil almaq, idmanla məşğul olmaq, mədəni tədbirlərdə və cəmiyyətin əmək fəaliyyətinin bütün sahələrində iştirak etmələri üçün əlverişli şəraitin yaradılmasıdır.

 

Əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası: MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti konfrans zamanı müzakirə mərkəzində olacaq.

 

Qeyd edək ki, “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilatçıları qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Dan" Beynəlmiləlçi Gənclər ictimai birliyi və MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu (HƏDF) çıxış edirlər.

 

Konfrans çərçivəsində plenar iclasın, bölmələr üzrə açıq müzakirələrin, Azərbaycan Respublikasının rəsmiləri ilə görüşlərin, əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinə səfərlərin, mədəniyyət proqramının keçirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

Prokuror Elina Hacıyevanın ölümündə təqsirləndirilən məktəb direktoruna cəza istədi

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat