Polis saatlarla labirintdə şübhəlini axtardı

15:59 02-10-2019 | icon 27 | Maraqlı
Polis saatlarla labirintdə şübhəlini axtardı

ABŞ-ın Kaliforniya ştatındakı Petaluma şəhərində polis əməkdaşları şübhəlinin qaçdığı qarğıdalı labirintini iki saat axtarıblar.

 

29 yaşlı Rayan Kennet Uest (Rayan Kenneth Watt) köhnə sevgilisini təqib etməkdə günahlandırıldığına görə qıza yaxınlaşması qadağan olunub. Lakin Uest bu qadağanı pozmağa çalışıb.

 

Polis ona yaxınlaşdıqda yolu keçərək qarğıdalı labirintində itib. Üç metrlik qarğıdalı sahəsində qurulmuş yol şəbəkəsi 16 min kvadratmetr sahəni əhatə edir.

 

Polis əməkdaşları sahəni bağlayıb helikopter çağırıblar. Daha sonra üç nəfərdən ibarət qrupa bölünərək iki tərəfdən labirintə daxil olublar. Əməliyyat iştirakçılarından biri “Merkuri News”a açıqlamasında “Biz mütəmadi olaraq irəliləyirik. Bütün labirinti gəzdik, amma onu tapmadıq” deyib.

 

İki saat sonra yanacağı bitmək üzrə olan helikopter şübhəlinin axtarışını dayandırmağa qərar verib. Labirintdən çıxan polislərdən birinin gözü yaxınlıqdakı toyuq hininə sataşıb və orada şübhəli şəxsi yaxalayıblar. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"