Bunları yedikdən sonra dəhşətli baş ağrıları başlayır

16:41 02-10-2019 | icon 56 | Sağlamlıq
Bunları yedikdən sonra dəhşətli baş ağrıları başlayır

Miqren adi baş ağrılarından fərqlənən, müasir insanları dəhşətli simptomları ilə əsirinə çevrilən ağrıdır. 10 illərdir aparılan elmi tədqiqatlar miqrnein səbəb və malicəsini hələ ki, tapa bilmir.

 

Bİr çox alimlər qida ilə miqren tutmaları arasında bağlılıq olduğunu aşkarlayıb. Elə ərzaqlar var ki, konkret olaraq miqreni çağırır. Bu onların tərkibindəki tətikləyici hansısa maddə ilə bağlıdır.

 

Versus.Az medicina.az-a istinadən miqrenə səbəb ola biləcək qidaların siyahısını təqdim edir.

Qeyd edək ki, bu ərzaqların hamısının hər kəsə eyni təsir etməsi mümkün deyil. Amma yüzlərlə insan üzərində aparılan araşdırma ən çox bu qidaların miqren gətirdiyini deyir. Ona görə siz bu siyahıdakı qidaları qəbul etdikdən sonra miqren olub olmamağını bir dəftərçədə qeyd edib, özünüz nəticə çıxarmalısız.

 

1.Pendir
 
Bir sıra pendir növləri, xüsusən kifli, çox qala bilən, uzun müddətə hazırlanan pendirlər miqren triqqerlərini 3 dəfə çox çağırır. Alimlər bildirir ki, pendirin tərkibində olan tiramin qan damarlarına təsir edir və baş ağrısı yaradır.

Yüksək miqdarda tiramin olan digər ərzaqlar qurudulmuş, hisə verilmiş, marinadlaşmış qidalar, pendirlər, tofu, salyami aiddir

 

2.Şokolad

Plitka şokoladın tərkibində olan flavonodlər miqreni qıcıqlandırır. Amma şokolad barədə elmi fikirlər təzadlıdır. Bir qrup deyir ki, insanda şokolad yedikdən 1 sutka sonra miqren başlaya bilər. Digər qrup deyir ki, dünyada milyonlarla insan gündə şokolad yeyir, amma hamıda miqren olmur.

 

3.Termiki işlənmiş ət

Ət və ət məhsulları nirtay və nitritlərlə zəngin olduğu üçün miqrenə səbəb olur. Bura kolbasa, qaxac ət, vetçina, hot doq, dönər əti, bifşteks, qril və s aiddir.

Ümumiyyətlə, nitrat və nitritlər digər baş ağrılarını da qıcıqlandırır.

 

4.Yağlı qida

Eksperimentlər sübut edib ki, çox yağlı, piyli qida qan damarlarını genişləndirir, bu da miqren tutmaları yaradır.
Gündə 100 qr-dan artıq yağlı qida yeyənlərin daha çox başı ağrıyır.

 

Həkimlər xəstələrin yağlı qidaları 2 dəfə azaltdığı təqdirdə miqren tutmalarının sayının azaldığını bildirib.
 

5.Soyuq qida və içki

Yay aylarında çox soyuq dondurma, qida və içkilər də miqreni xoşlayır. Bir təcrübədə iştirakçılar ağızlarında cəmi 90 saniyə buz saxlayıb, onlardan 75%-də miqren başlayıb.

 

6.Fast-food, küçə qidaları, ayaqüstü qidalar

İşi ilə bağlı tez-bazar ayaqüstü qidalanan insanlarda  miqren daha çox rast gəlinir. Buna səbəb bu qidaların tərkibində olan qlutamat natriydir.  İstahsalçılar bu maddəni daha cəlbedici dad almaq üçün istifadə edir.

İllərdir qlutamat qəbul edən insanlar artıq miqren tutmalarından nə edəcəyini bilmir. Fast-foodun tərkibində təkcə qlutamat olmur, trans yağ, duz da miqreni çağırır

 

7.Qənd, şəkər

Xüsusən süni şirinləşdirici qidalarda olan aspartam baş ağrısının səbəbkarıdır. Tez hazırlanan sıyıqlar, şirin içkilər, konditer məhsulları, müsli, batonlar  miqreni qıcıqlandırır.

Bir çox insanlar var ki, süni rəngləyici, dadlandırıcı və şirinləşdirici əlavə maddələrə qarşı  həssasdırlar və orqanizmləri tez reaksiya verir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı