Muzeydə Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilir

17:10 02-10-2019 | icon 52 | Mədəniyyət
Muzeydə Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilir

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş Beynəlxalq Simpoziumun açılışı olub. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq görkəmli mütəfəkkir, dövlət xadimi, XIX əsrin sonu-XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.

 

Versus.Az xəbər verir ki, Simpoziumda Azərbaycan, İran, Niderland, Rusiya və Türkiyə alimlərinin iştirak etdiyi tədbirdə 30-dan artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, simpoziumun işində həmçinin Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları – nəticəsi Əhməd Ağaoğlu, bacısı nəvəsi professor Yasemin İnceoğlu Giritli, böyük əmisinin nəticəsi Yeşim Ağaoğlu da iştirak edir.

 

Simpoziumu giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları, o cümlədən Ə.Ağaoğlunun Türkiyədən gələn qohumlarını – Əhməd Ağaoğlunu, prof. Yasemin İnceoğlu Giritlini və Yeşim Ağaoğlunu salamladı. Bildirdi ki, dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq, Ə.Ağaoğlunun anadan olmasının 150 illiyinin məhz muzeydə keçirilməsi çox əhəmiyyətlidir. Ə.Ağaoğlu və H.Z.Tağıyev arasında sıx bağlar olub. Ə.Ağaoğlunun “Kaspi”, “Həyat” və s. qəzetlərin nəşrindəki rolunda məhz H.Z.Tağıyevin yardımı əsas rol oynayıb.

Nailə xanım həmçinin qeyd etdi ki, əsrin əvvəllərində erməni-müsəlman münaqişəsi zamanı Ə.Ağaoğlu “Difai” təşkilatını yaradaraq, xalqımızı soyqırımlardan xilas etməyə çalışıb. O, həm Azərbaycanın, həm də Türkiyənin deputatı, ictimai-siyasi, elm xadimi olub. Hər iki ölkənin müstəqilliyinin formalaşmasında əsas ictimai-siyasi xadimlərdən biri kimi fəaliyyət göstərib.

 

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib, Ə.Ağaoğlunun əsrin əvvəllərində Azərbaycanda daşnaklara qarşı milli müqavimət hərəkatınındakı əsas rolundan, xalq yazıçısı Anar Ə.Ağaoğlunun milli mətbuatın inkişafındakı xidmətlərindən, onun Qarabağ sevgisindən danışdı.

 

Sonra professor Yasemin İnceoğlu Giritli Ə.Ağaoğlunun zəngin irsindən, onun öyrənilməsinin və populyaşdırılmasının vacibliyindən söhbət açdı. Ə.Ağaoğlunun dəyərli bir dövlət adamı və mütəfəkkir kimi fəaliyyətindən bəhs edib, tədbiri təşkil etdiklərinə görə başda akademik Nailə Vəlixanlı olmaqla muzey rəhbərliyinə təşəkkür etdi. Muzey tərəfindən təşkil olunan Beynəlxalq elmi simpoziumun əhəmiyyətini qeyd etdi.

 

Daha sonra məruzəçilərin iştirakı ilə bölmə iclasları başladı.

 

Qeyd edək ki, simpoziumda, muzeyin əməkdaşları – elmi katib, dosent Fərhad Cabbarov “Erməni yazıçısı Aleksandr Şirvanzadə Ə.Ağaoğlunun Bakıda 1905-ci il fevral qırğını ərəfəsində fəaliyyəti haqqında”; aparıcı elmi işçi, dosent Bəhmən Kərimov “Teymur bəy Bayraməlibəyovun məqalələrində qadın təhsili mövzusu”, böyük elmi işçi, t.ü.f.d. Əli Fərhadov “Əhməd bəy Ağaoğlu: dini islahatçılıq nümunəsi” mövzularında məruzə ilə iştirak edirlər. Simpoizumda Ə.Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, islamçılıq və türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu və s. mövzular ətrafında müzakirələr aparılır. Həmçinin oktyabrın 2-də Azərbaycan Dövlət Filarmoniyasında Ə.Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Dövlət rəsmilərinin, ictimai xadimlərin, alimlərin iştirak edəcəyi mərasimdə Ə.Ağaoğluna həsr olunmuş fotosərgi təşkil ediləcək, “Millət fədaisi” filmi ilk dəfə təqdim olunacaq. Simpozium sabah da öz fəaliyyətini davam etdirəcək.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

Prokuror Elina Hacıyevanın ölümündə təqsirləndirilən məktəb direktoruna cəza istədi

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat