“Biznesin inkişafı üçün alternativ maliyyə alətləri” adlı konfrans keçirilib

11:10 03-10-2019 | icon 25 | İqtisadiyyat
“Biznesin inkişafı üçün alternativ maliyyə alətləri” adlı konfrans keçirilib

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “Deloitte Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli sahibkarlar üçün "Biznesin inkişafı üçün alternativ maliyyə alətləri" mövzusunda konfrans keçirib.

 

Versus.Az xəbər verir ki, tədbirdə çıxış edən PAŞA Bankın İnvestisiya Bankçılığı şöbəsinin rəhbəri Ruslan Xəlilov Azərbaycan borc kapitalı bazarının hazırkı inkişaf mərhələsi, eyni zamanda sindikatlaşdırılmış maliyyələşmə və digər borc maliyyələşdirilməsi alətlərinin iş prinsipləri və tətbiqetmə mexanizmləri haqqında ətraflı məlumat verib. Bankın mütəxəssisi kredit reytinqinin təyin olunması, istiqrazların emissiyası və s. mövzulara toxunaraq sahibkarların suallarına ətraflı cavab verib.

 

“Deloitte MDB” üzrə Maliyyə xidmətləri sektorunun rəhbəri Yekaterina Trofimova və Maliyyə məsləhəti xidmətləri üzrə idarəedici partnyoru Aleksandr Sokolov tədbirdə çıxış edərək maliyyə resurslarının cəlb edilməsi ilə bağlı MDB regionundakı mövcud təcrübələri ilə bölüşdülər.

 

“Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimov təqdimatında istiqrazlar və sindikatlaşdırılmış kreditlərin vergi aspektlərini işiqlandırdı. Həmçinin, hüquq üzrə menecer Əminə Baxşıyeva bu mövzuda hüquqi aspektlər barədə məlumat verdi.

 

Konfransın sessiyalarında tədbir iştirakçıları şirkətlərin maliyyələşməsi ilə bağlı aktual vergi və hüquq aspektləri, maliyyə resurslarının cəlb edilməsinin alternativ yolları, maliyyə resurslarının cəlb edilməsi üzrə MDB regionunda mövcud təcrübələrini paylaşaraq bu mövzular ətrafında fikir mübadiləsi apardılar.

 

Qeyd edək ki, "Biznesin inkişafı üçün alternativ maliyyə alətləri" konfransında 50-dən çox şirkət və müəssisə nümayəndələri və iş adamları iştirak etmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

“Maska 3”: Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO