Daha 191 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

11:16 03-10-2019 | icon 109 | Gündəm
Daha 191 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

 

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 619 şəhidin 17 302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 95 faiz icra olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir