"Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir"

13:47 03-10-2019 | icon 26 | Siyasət
"Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir"

Bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir. Terror aktları insanların ölümünə, habelə əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır. Dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi" məruzəsinin müzakirələrinə qoşulan qurumdakı nümayəndə heyətimizin üzvü, millət vəkili Sevinc Fətəliyeva deyib.

O vurğulayıb ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 80-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

1994-cü il mart 19-da və iyulun 3-də Bakı metrosunda mülki şəxslərə qarşı terror aktları törədilib. Birinci hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İkinci terror aktı zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Sevinc Fətəliyeva bildirib ki, 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoydu: "2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış "doldurulmuş" oyuncağın partlaması səbəb oldu və 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürüldü. Bu uşaqlar terrorun qurbanlarıdır. Artıq nə onları qoruya bilərik, nə yaşamaq hüquqlarını müdafiə edə bilərik. Çünki terror onların həyatına son qoyub".

O qeyd edib ki, müzakirə olunan məruzə bizi terrorun qurbanını necə qorumaq barədə düşünməyə çağırır: "Bunun cavabı aydındır. Terror törətmək üçün səbəb ola bilməz! Xüsusilə bu amansızlıq uşaqlara qarşı yönələndə. Beynəlxalq birliyin səylərinin beynəlxalq hüquqi bazaya uyğunlaşdırılması, xüsusilə də Azərbaycanın əzəli torpaqlarından Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, eləcə də AŞPA qətnaməsinin icrası terror qurbanlarının müdafiəsinə və ümumilikdə terrorizmin qarşısının alınmasına töhfə verə bilər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"Xalq siyasi, iqtisadi, sosial islahatlarda Prezidentə dəstək olmalıdır"