Rusiyanın regionda diqqətçəkən manevrləri - MÜSAHİBƏ

15:15 03-10-2019 | icon 133 | Siyasət
Rusiyanın regionda diqqətçəkən manevrləri - MÜSAHİBƏ

 

Regionun geopolitik mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. BMT-nin 74-cü sessiyasında Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyulan mövqelərdən sonra diqqət Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünə zillənib. Yeni gözləntilər var.

 

Versus.Az xəbər verir ki, politoloq Taleh Əliyev bir çox məqamlara aydınlıq gətirib.

 

-Taleh müəllim, BMT TŞ-nın - 74-cü sessiyasını Azərbaycan torpaqlarının işğalı, işğalçı Ermənistanın ifşa olunması baxımından necə dəyərləndirmək olar. Torpaqların “qeyd-şərtsiz azad olunması“ barədə 4 qətnamə qəbul edən BMT-nin gözü qarşısında sərsəmləyən Ermənistan rəsmiləri “cəsarəti” kimdən, yaxud hansı dəstəkçilərdən alır və beynəlxalq təşkilatların ikili yanaşmaları münaqişənin həlli prosesini hara aparır?

 

-Mən hesab etmirəm ki, BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasında Ermənistan ifşa olundu. Təəssüflər olsun ki, Azərbaycan tərəfi belə bir  əlverişli imkandan lazımı qədər faydalana bilmədi. Əksinə Ermənistanın baş naziri Nikol Paşinyan bu ali tirbunadan istifadə edərək növbəti dəfə Azərbaycana “meydan” oxudu. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı isə heç də  adekvat olmadı. İşğalçı tərəf işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini bəyan etdiyi halda, işğala məruz qalan tərəfin bunu eşitdikdən sonra yenədə mənasız danışıqlar prosesinə sadiqliyindən danışması heç də uğurlu diploatik fəaliyyət  hesab oluna bilməz. Qaldı ki, BMT-nin gözü qarşısında sərsəmləyən Ermənistan rəsmiləri bu “cəsarəti” kimdən, yaxud hansı dəstəkçilərdən alır fikrinizə  mən deyərdim ki, elə ilk növbədə həmin qrumun özündən yəni BMT-dən. Bu günə qədər BMT-nin beş daimi üzvü olan ölkələrdən başqa hansı dövlətin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamə yerinə yetrilib?  Bu gün dünyada xüsusilədə beynəlxalq münasibətlər sistemində  ikili standartların olması sirr deyil, bu barədə demək olar ki, dünya ictimayyəti xeyli vaxtdı rki məlumatlıdır. Təəssüflər olsun ki, ölkəmizdə uzun illərdir ki, bu ikili standartlardan əziyyət çəkənlər sırasındadır. Həmçinin ATƏT-in Minski Qrupunun xüsusilədə aktiv fəaliyyətdə olan həmsədr ölkələrin Qarabağ münaqişəsinin həllində bu günə qədər ədalətli və prisipial mövqe tutmaması Ermənstan tərəfini daha da azğınlaşdırır. Yeri gəldi, gəlmədi Azərbaycana meydan oxuyurlar.  Təbii ki, belə bir mürəkkəb geosiyasi vəziyyətdə Qarabağ münaqişəsinin ədalətli həll prespektivi o qədərdə real görünmür. Vəziyyətin Azərbaycanın əlehinə deyil, lehinə dəyişməsi üçün isə hesab edirəm ki, Azərbaycanda daxili həmrəylik son dərəcə vacibdir. İmkan vermək olmaz ki, heç bir qüvvə Qarabağ münaqişəsinin həllindən Azərbaycanın milli və strateji maraqlarına qarşı təziq kimi istifadə etsin. Bunun uçün də ilk növbədə Azərbaycan hakimiyyəti  ölkədə məqsədyönlü siaysət apararaq milli birliyə və həmrəyliyə nail olmalıdır.

 

Xəbər verilir ki, Prezidenti İlham Əliyev 30 sentyabr-3 oktyabr tarixlərində Soçidə keçiriləcək Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində Rusiyaya səfər edib.  rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Azərbaycan dövlət başçısı ilə Rusiya rəhbəri Putinin görüşünü necə dəyərləndirmək olar?

 

- Azərbaycan və Rusiya dövlət başçılarının növbəti görüşlərini qeyri-adi hadisə kimi səciyələndirmək, təhlil və təqdim etmək doğru yanaşma olmaz. Vladimir Putin Rusiyada hakimiyyətə gəldikdən üzü bu yana Azərbaycana çox saylı rəsmi və işgüzar səfərləri olub, o cümlədəndə Azərbaycanın dövlət başçıları mərhum Heydər Əliyevlə hazırkı dövlət başçısı İlham Əliyevində Rusiyaya çox saylı rəsmi və işgüzar səfərləri olub. Bu səfərlər çərçivəsində də çox saylı cari və strateji əhəmiyyətli sazişlər imzalanıb. Bu səfər çərçivəsində baş tutacaq görüşdə də ikitərəfli və çoxtərəfli farmatlardakı əməkdaşlığı müzakirə etmək hər iki tərəf üçün faydalı ola bilər. Çox güman ki, tərəflərin bu görüşdə nələri müzakirə edəcəkləri də dəqiqləşdirilib.  Bir çox hallarda belə görüşlərin davamlı olması dövlətlərarası münasibətlərin göstəricisi kimi qəbul edilsə də, hesab edirəm ki,  münasibətlərin daha üstün səviyyəyə çatdırılması üçün dövlətlərin milli və strateji maraqlarını özündə etiva edən əməkdaşlığın qurulmasına və gücləndirilməsinə daha çox önəm verilməlidir. 

 

“Bu gün Rusiya Ermənstandan yox Paşinyan hökumətindən imtina edir”

- Məlumdur ki, oktyabrın 1-də Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfəri gözlənilir. Belə deyilir ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edir. Əvəzində Ermənistana səfərindən iki gün sonra Azərbaycan prezidenti ilə görüşür. Bu situasiya nə ilə əlaqələndirmək olar. Putinin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəməsi hansı mətləbləri ortaya qoyur?

- Rusiya prezdenti Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində  Yeravan səfəri artıq başlayıb və sizin də qeyd etdiyiniz kimi Putinin bu səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdən imtina  etməsi gözlənilir. Belə bir görüş o halda baş tuta bilər ki, hazırki Ermənstan rəhbərliyi Vladimir Putininə öz dostu Robert Köçəriyanla görüşmək imkanı yaratsın. Düzü bu o qədər də inandırıcı görünmür. Hətta Rusiya mediası, bir növ nəbz yoxlaması kimi u məsələni səfərdən xeyli əvvəl səsləndirsə də, hazırki Ermənstan rəhbərliyi buna çox kəskin reaksiya vermişdi. Ona görə də Putinin Paşinyanla ikitərəfli görüşünün baş tutması real görünmür.

Sualınızın ikinci hissəsinə cavab olaraq qeyd etmək istərdim ki, bu gün Rusiya Ermənstandan yox Paşinyan hökumətindən imtina edir. Biz bunun nə demək olduğunun fərqində olmalıyıq! Rusiyanın yenidən Ermənstanı öz forpostuna çevirməsinə alət ola bilmərik. Əksinə biz nail olmalıyıq ki, Ermənstanla Rusiya arasında dövlətlərarası münasibətlər kifayyət qədər kəskinləşsin və Rusiya Azərbaycanın öz haqlı davasının qarşısında durmasın! İtirilmiş torpaqlarımızın işğaldan azad edilməsini özünün milli və geosiyasi maraqlarına zərbə kimi qəbul etməsin. Əgər bu gün Rusiyanın Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqqlı mövqeyini dəstəkləməsinə nail olmaq mümkün deyilsə o zaman Azərbaycan Rusiya ilə bərabər hüquqlu tərəf kimi milli və strateji maraqlarına cavab verən istiqamətlərdə əməkdaşlığını genişləndirməlidir

- Taleh müəllim, Ermənistanın baş naziri Paşinyan 5 milyard dollar pulun müqabilində Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq verib. Hər halda belə bir sensasiyalı məlumatla Rusiyanın məşhur “Nezavisimaya Qazeta”-sı  çıxış edib. Orada vurğulanır ki, baş nazir Paşinyanın əsas məqsədi işğal edilmiş Dağlıq Qarabağda özünün tərəfdarı Mais Maliyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana qaytarmaqdır: “Bu, ABŞ prezidentinin sabiq müşaviri Boltonun planıdır. Qarabağ ətrafında hansı alver gedir?

-Diqqət edirsinizsə bu “sensasion versiya” ilə sizin də qeyd etdiyiniz kimi Rusiyanın məşhur “Nezavisimaya Qazeta”sı çıxış edib və planın müəllifi kimi də ABŞ prezidentinin sabiq müşaviri Bolton göstərilir. Məncə burda  informasiyanı dövrüyəyə buraxan tərəfin məqsədi Paşinyanı həm Ermənstan, həm də Qarabağ əhalisinin gözündən salmaqdır. Eyni zamanda Qarabağdakı xunta rejimini qorxudaraq onları Paşinyana qarşı mübarizəyə təşviq etməkdir. Bilirsiniz ki, hələ 2018-ci ilin aprel hadisələrindən sonra Ermənstanda baş verən proseslərin məntiqi nəticəsi olaraq  hakimiyyətə adım-adım yaxınlaşan Paşinyana Rusiyanın mövqeyi çox mənfi olub. Onun hakimiyyətə gəlməsinə qarşı Rusiya tərəfindən  mümkün təsir və təziq rıçaqlarından istifadə olunub və bu gündə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün  yenə də mümkün təsir və təziq rıçaqlarından istifadə olunur. Ona görədə mən hesab etmirəm ki, “5 milyard müqabilində Qarabağ ətrafındakı beş rayon” formulu Ermənistanın baş naziri Paşinyana lazımdır və o bunun üçün iş aparır. Əksinə daha çox Ermənstanın daxili aditoriyasına hesablanmış siyasi bəyanatları və populist gedişləri ilə baş nazir Paşinyan həm Qrabağ klanı, həm də Rusiya ilə mübarizə aparır. O, nə qədər duruş gətirə biləcək bu başqa bir məsələdir. Məncə Paşinyan hakimiyyətinin müqəddəratını  Qərblə Rusiyanın Ermənstana dair kosensus əldə edə bilib bilməməyəcəyi təyin edəcək.   

 

“Uzun illərdir ki, Qarabağ münaqişəsi ABŞ, Fransa və Rusiya münaqişəsi  formatına çevrilmişdir”

 - Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən Minsk qrupunun fəaliyyəti daim tənqid hədəfində. Qurumun fəaliyyətində hansı dəyişikliklər var və prosesin danışıqlar yolu ilə həllini tələb edən beynəlxalq diplomatlar hansı səbəblərdən işğalçını tanımır və nəhayət vasitəçilik missiyasının formatında dəyişiklik tələbi qoyularsa hansı effektini verə bilər?

- Həmsədr ölkələrin Qarabağ münaqişənin həlli ilə bağlı öz aralarında prisipial fərqli yanaşmaları olduğundan bu münaqişə həllə də öz həllini tapmır. Təəssüflər olsun ki, Qarabağ münaqişəsi uzun illərdir rəsmən Ermənstan-Azərbaycan Qarabağ münaqişəsi adlandırılsa da əslində uzun illərdir ki, Qarabağ münaqişəsi ABŞ, Fransa və Rusiya münaqişəsi  formatına çevrilmişdir.  Diqqət edirsinizsə hər iki ölkədə Azərbaycanda və  Ermənstanda prezdent seçkilərindən dərhal sonra həm ABŞ, həm Fransa həm də Rusiya prezidentləri yeni seçilən dövlət başçılarını təbrik edərkən Qarabağ münaqişəsinin yalnız və yalnız danışıqlar yolu ilə həll olunmasını tövsiyə edirlər.  Ona görə də məndə belə hesab edirəm ki, Minski Qrupunda format dəyişikliyinə ehtiyac var. Uzun illərdi səmərəsiz və son illərdə də qərəzli fəaliyyət göstərən bir vasitəçinin olmasındansa olmaması yaxşıdır./Üç nöqtə/

 

Tahirə Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

“Maska 3”: Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO