Namanqan şəhəri Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşacaq

00:47 04-10-2019 | icon 47 | Siyasət
Namanqan şəhəri Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşacaq

Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Namanqan vilayətinə səfər çərçivəsində Vilayətin rəhbəri-hakim Xayrullo Bozarov ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim qeyd edib ki, Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Namanqanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib. Millət vəkili oktyabr ayında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib.

Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, beynəlxalq təşkilatlarda bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında siyasətçilərlə yanaşı, ictimai xadimlərin, ziyalıların, yazar və şairlərin, elm xadimlərinin, mətbuat və medianın, qadın və gənclər təşkilatlarının, iş adamlarının da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, ziyalılarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Namanqanda Azərbaycanın daha geniş tanıdılmasına Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını və Namanqanda da təqdimatının keçiriləcəyini deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib.

 

Azərbaycanda Namanqanın daha çox tanınmasına xidmət edən layihələrin, tədbirlərin artmasının vacibliyindən danışıb və bu istiqamətdə konkret təkliflərlə çıxış edib. Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Namanqan hakimi tərəfindən müsbət qarşılanıb. Millət vəkili Qənirə Paşayevanın Özbəkistanın 2-ci böyük şəhəri Namanqanın Azərbaycan bölgələrinin biri ilə qardaşlaşması təklifini böyük məmnuniyyətlə dəstəklədiyini deyən vilayətin rəhbəri-hakim Xayrullo Bozarov buna çox böyük ehtiyac olduğunu qeyd edib və bu cür addımların iki qardaş ölkənin əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini deyib.

 Namanqanla Azərbaycan arasında həyata keçirilən bütün layihələr və işlərə dəstək göstərməyə hazırıq, qardaş Azərbaycandan daha çox insanlarımızı Namanqana gözləyirik deyən Vilayətin rəhbəri-hakim Xayrullo Bozarov millət vəkili Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyaram deyib. Görüşün sonunda vilayətin rəhbəri-hakim Xayrullo Bozarov millət vəkili Qənirə Paşayevaya Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva vilayətin rəhbəri-hakim Xayrullo Bozarova Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışaraq, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Namanqanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Namanqan kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarınin, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və Azərbaycan dillərinə tərcümə edilərək çap olunub.

Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, Hədəf liseyinin direktoru Şamil Əliyev yaradıcı təşkilatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Namanqan vilayətinin və Azərbaycanın bir məktəbi ilə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.


Görüşdə Azərbaycandan şagirdlərinin Özbəkistanın Namanqan vilayətinə, bu vilayətdən isə şagirdlərin Azərbaycana ekskursiyaların, mübadilə proqramlarının təşkili müzakirə olunub, tərəflər bir-birinin tarixini, mədəniyyətini, nailiyyətlərini öyrənmək, qarşı tərəfə təqdim etmək istiqamətində maraqlı fikir mübadiləsi ediblər.


Sonra tərəflər qarşılıqlı olaraq bir-birilərinə hədiyyələr təqdim edib, qarşılıqlı olaraq əlaqələrin inkişaf etdirilməsi, müzakirə olunan məsələlərə dair hər iki ölkənin rəhbərliyinə təkliflər verilməsi barədə razılığa gəliblər. Millət vəkili Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Namanqan filialının rəbərliyi ilə görüşüb.

 

Qeyd edək ki, Özbəkistanın şərqində Qırğızıstanın Cəlalabad, Oş vilayətləri ilə sərhəddə yerləşən Namanqan vilayəti qardaş ölkənin sənaye cəhətdən inkişaf etmiş iqtisadi rayonlarındandır. Mərkəzi Namanqan şəhəri, 11 rayonu olan Vilayətin ümumilikdə əhalisi 2 milyon 379 min təşkil edir.


Fərqanə vadisinin bir hissəsində yerləşən vilayətin əsas iqtisadiyyatı pambıqçılıq, üzümçülük, ipəkçilik təşkil edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"