“Qarabağ” səfərdə “Düdelanj”ı böyük hesabla məğlub edib

09:13 04-10-2019 | icon 28 | İdman
“Qarabağ” səfərdə “Düdelanj”ı böyük hesabla məğlub edib

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu başa çatıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Lüksemburqdakı “Jozi Bartel” stadionunda baş tutan görüş komandamızın inamlı qələbəsi ilə yekunlaşıb (1:4). İlk dəqiqələrdən oyuna hücumlarla başlayan “Qarabağ” matçın 11-ci dəqiqəsində Abdulla Zubirin sayəsində hesabı açıb. Matçın 30-cu dəqiqəsində Qara Qarayevin ötürməsindən sonra Miçel rəqibin qapısına başla dəqiq zərbə vurub. “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib. Oyunda fasilə elan edilib. On beş dəqiqəlik fasilədən sonra oyun davam edib.

 

Qarşılaşmanın 37-ci dəqiqəsində rəqibin müdafiəçiləri qapıçı ilə təkbətək çıxan Miçelə qarşı qaydanı pozublar. Görüşün baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Riçard Almeyda fürsəti əldən verməyib. Komandalar fasiləyə “Qarabağ”ın 0:3 hesablı üstünlüyü ilə yollanıb.

 

Qarşılaşmanın ikinci hissəsində də rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaranıb. Matçın 62-ci dəqiqəsində rəqibin müdafiəçisi Michael Garos ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Oyunun 69-cu dəqiqəsində ağdamlılar rəqibi dördüncü dəfə meydanın mərkəzinə dəvət ediblər. Dani Kintana adını tabloya yazdırıb.

 

Oyunun başa çatmasına bir dəqiqə qalmış meydan sahibləri qollardan birinin əvəzin çıxıb. Antuan Bernye fərqlənib. Görüş 1:4 hesabı ilə başa çatıb.

 

Bu qələbədən sonra 3 xal qazanan “Qarabağ” mübarizə apardığı A qrupunda ikinci yerə yüksəlib. “Düdelanj” eyni xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının üçüncü turu oktyabrın 24-də keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"