“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” - KONFRANS

10:59 04-10-2019 | icon 51 | Siyasət
“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” - KONFRANS

Bu gün "Marriott Abşeron Bakı" mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 

Versus.Az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, o cümlədən, 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak etməkdədir.

 

İki sessiyada keçiriləcək konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir. Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaqdır. Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulub.

 

Tədbirin iştirakçılarından Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə hüquq layihəsinin rəhbəri Tomas Herrman da açılış sözləri ilə çıxış ediblər.

 

Konfransda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq 2019-cu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu, bununla əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər keçirildiyini bildirib, hazırki konfransın məqsədi və proqramı barədə məlumat verib, həmçinin son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlər, bununla bağlı Azəraycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı və 03 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi üçün aparılan işlər barədə danışıb, bu baxımdan hazırki konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirib.

 

Daha sonra, Türkiyə Barolar Birliyinin sədri, “TÜRK-AV”ın rəhbəri Metin Feyzioğlu, Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenko, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Bütöv Çin Vəkillər Birliyinin vitse-prezidenti Zhu Zhengfu, İran Vəkillər Kollegiyası Birliyinin rəhbəri Morteza Şahbazinia, Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi komissiyasının sədr müavini Viktor Çaiçits, Ukrayna Milli Vəkillər Kollegiyasının prezidenti Lidiya İzovitova, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Litva Vəkillər Kollegiyasının vitse-prezidenti Mindauqas Kukaitis “Vəkillik fəaliyyətində müasir çağırışlar” barədə öz ölkələrinin təcrübələrini bölüşüblər.

 

Bundan əlavə, tədbir iştirakçılarının səfər çərçivəsində ölkəmizin mədəniyyəti, eləcə də bölgələri ilə tanış olmaq imkanı olacaq.

Qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində 3-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” keçirilməkdədir. Turnirdə 10 ölkəni - Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparmaqdadır.

 

Versus.Az

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"