"Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır"

16:17 04-10-2019 | icon 42 | Siyasət
"Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır"

Ermənilərin Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­run sürücüsünü qətlə yetirməsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqları pozmaq üçün növbəti təxribatdır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

 

C.Osmanov bildirib ki, Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır:

“Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları dünya siyasətçilərinin də qəzəbinə səbəb olur. Onlar da yaxşı başa düşürlər ki, bu kimi təxribatlar münaqişənin dinc yolla həllinə mənfi təsir göstərir. Ona görə də siyasətçilər də artıq Paşinyanın bu hərəkətlərinə qarşı çıxırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın sərsəm bəyanatları haqqında bildirib ki, Ermənistan tərəfi konkret olaraq danışıqlar prosesinə mənfi təsir göstərir. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının da uğurudur ki, artıq böyük dövlətlər Ermənistanın bu hərəkətlərinə qarşı çıxırlar. Bu, həmçinin Ermənistan tərəfinə bir mesajdır ki, gələcəkdə bu təxribatlardan əl çəksin”.

 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın çox qüdrətli ordusu formalaşıb:

“Əgər Ermənistan tərəfi təxribatlara yol verməkdə davam edəcəksə, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər zaman ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində ciddi addımlar ata bilər”.

 

Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü - mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

 

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Şirkət filmin süjetini gizləyir - VİDEO

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli inkişaf strategiyasının müəllifi

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Sabah yağış yağacaq