İctimai Birlik sədri: "Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz" - FOTO

16:51 04-10-2019 | icon 24 | Cəmiyyət
İctimai Birlik sədri: "Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz" - FOTO

"Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadisə xoşagəlməz olaydır. Bundan istifadə edib insanları dövlət əleyhinə qaldırmaq istəyənlər var".

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak etmiş Qarabağ qazilərinin mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz:

 

"Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma bundan istifadə edərək kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün döyüşmüşük, canımızla, qanımıza döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".

 

M.Mehdiyev bildirib ki, bu məsələdə konkret kiminsə hədəf götürülməsinə çalışılır: "Əlilliyi verən dövlət qurumlarıdır. Ona görə bu məsələ araşdırılmalıdır. Biz dəfələrlə onlara müraciət etmişik. Saxta əlillik alan insanları yox, saxta əlilliyi verən insanları cəzalandırmaq lazımdır. Onların hesabına dövlət büdcəsinə dəyən zərəri qaytarmaq lazımdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Döyüş xatirələrində yaşanan həqiqətlər

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol