“Messinin sözlərindən sonra hər kəs ağlamağa başladı”

22:27 04-10-2019 | icon 23 | İdman
“Messinin sözlərindən sonra hər kəs ağlamağa başladı”

Argentina millisinin üzvü Anxel Di Maria Amerika kuboku-2019-da Braziliyaya məğlub olduqları oyundan sonra komanda yoldaşı Lionel Messinin paltardəyişmə otağında futbolçularla söhbət etdiyini açıqlayıb.

 

Versus.Az komanda.az-a istinadən xəbər verir ki, Di Maria, Messinin təsirli sözlərindən sonra futbolçuların ağladıqlarını deyib:

"Braziliyaya məğlub olduğumuzda Messi emosional söhbət etdi. O, qurduğumuz komanda ilə qürur duymağımızın vacibliyindən danışdı. İllərdir birgə oynayırmışıq kimi hiss etdik. Messi gənclərin komandaya bağlılığını və Amerika kubokunda olmağa layiq olduğumuzu dedi.

Messinin sözlərindən sonra hər kəs ağlamağa başladı. Xüsusilə də, gənc futbolçular çox təsirlənmişdi".

 

Argentina millisi Amerika kuboku-2019-da Braziliyaya 0:2 hesabıyla məğlub olaraq, turnirlə vidalaşmışdı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Döyüş xatirələrində yaşanan həqiqətlər

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol