Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir

12:13 05-10-2019 | icon 77 | Təhsil
Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir

Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.

 

Versus.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı təbrik məktubunda qeyd edib.

 

Nazir bildirib ki, son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub:

"Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.

Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.

 

Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu yolda bizi irəli aparan Sizlərə bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar arzulayıram!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

İran Britaniyaya nota verib

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO