"İldən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır"

19:20 05-10-2019 | icon 44 | Gündəm
"İldən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır"

Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər.

 

Versus.Az xəbər verir ki, bunu rusiyalı ekspert, siyasi elmlər namizədi Qalina Niyazova deyib.

 

Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında rus dilinin tədrisinə daha çox diqqət ayıran ölkədir:

“Azərbaycanda rus dilinin tədrisi ilə bağlı statistika da bu fikri təsdiq edir. Azərbaycanda 300-dən artıq orta məktəbdə rus dili öyrədilir, eləcə də ali təhsil müəssisələrində rus dilində təhsil mövcuddur. Bu, çox yüksək göstəricidir və Rusiyada çox müsbət qarşılanır. Qeyd etməliyəm ki, ildən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır”.

 

Q.Niyazova daha sonra əlavə edib ki, “Əsrin müqaviləsi” sayəsində Azərbaycan zəngin təbii ehtiyatları, keçmiş ittifaq respublikaları arasında daha çox inkişaf edib:

“Danılmaz faktdır ki, bu gün Azərbaycanın işrtirakı olmadan regionda nə enerji, nə nəqliyyat, ümumiyyətlə heç bir layihənin icrası mümkün deyil”.

 

Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər artıq uzun onilliklərdir ki, dinamik inkişaf edir. Bu, həm dövlətlər, həm də xalqlar səviyyəsindədir.

 

Q.Niyazova qeyd edib:

“Xoş qonşuluq münasibətləri sayəsində bu gün ticarət, mədəniyyət, humanitar, hərbi-texniki, bir çox digər sahələrdə gözəl əməkdaşlıq nümunələri var. Düşünürəm ki, ölkələrimizin bu mövcud potensialı gələcəkdə daha da artacaq ki, bu da regionunun inkişafına istiqamətlənmiş birgə layihələrin həyata keçirilməsinə müsbət təsirini göstərəcək.

Ekspertin fikrincə, Azərbaycan və Rusiya arasında dostluq dialoqunun möhkəmlənməsi uzun illər ikitərəfli səviyyədə keçirilən ciddi diplomatik işin nəticəsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Döyüş xatirələrində yaşanan həqiqətlər

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol