Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir - 

16:54 06-10-2019 | icon 29 | Siyasət
Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir - 

Azərbaycan və Rusiya arasında olan münasibətlər qarşılıqlı maraqlara xidmət edir.

 

Versus.Az trend-ə istinadən bildirir ki, bunu  Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin geniş hüquq-müqavilə bazası var. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir.

M.Qasımlı qeyd edib ki, bu gün Azərbaycan və Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri ilə mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər:

"Rusiya bizim şimal qonşumuzdur. Biz Rusiyanın güclü olmasında maraqlıyıq. Rusiyada azərbaycanlı soydaşlarımız yaşayırlar. Azərbaycanda da rus icması var, ölkəmizdə onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan-Rusiya münasibətlərinin çox yaxşı perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial var. Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

ALDP sədri avropalı diplomatla görüşüb

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

Füzulinin Soyuqbulaq Xatirələrindən 

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Cəbrayılovun şok telefon danışığı /audio/

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"