İraqda qorxunc vəziyyət: Yüzlərlə ölü, minlərlə yaralı var - FOTO

21:14 06-10-2019 | icon 170 | Dünya
İraqda qorxunc vəziyyət: Yüzlərlə ölü, minlərlə yaralı var - FOTO

Türkiyə XİN yazılı açıqlama yayıb

 

Oktyabr ayının 1-dən İraqın paytaxtı Bagdadda başlayan küçə yürüşləri, mitinqlər qorxunc hal almaqdadır. Ölkədə hökm sürən işsizlik, yoxsulluq, qanunsuzluq, özbaşınalığa etiraz olaraq küçələrə çıxan, dinc aksiya adı altında keçirilən mitinqlərdə yüzdən artıq insan həlak olub, dörd minə yaxın iraqlı yaralanıb, onların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir, min nəfər həbs edilib. Səsləndirilən fikirlərə görə baş verən hadisələrdə, aksiyaların təşkilində xarici qüvvələrin rolu və marağı var.

 

Belə ki küçələrə çıxmaq yasağı qoyulsa da, qadağaya riayət etməyən  etirazlarını davam etdirən nümayişçilərə atəş açılır. Ordu qüvvələri təkcə paytaxt Bağdadda deyil, digər bölgələrdə də nəzarəti güçləndiriblər. İraq ordusunun kimliyi məlum olmayan kəskin nişançıları Bağdad da ikisi polis olmaqla dörd nəfərə atəş açıb öldürüblər.

 

Versus.Az xəbər verir ki, artıq insanlar evlərindən çölə çıxmağa qorxurlar. Ən böyük təhlükə isə iç savaşın, vətəndaş müharibəsinin başlamasıdır, hansı ki, baş verənlər bu fəlakətə dogru aparır. Artıq beş gündür ki, ölkədə elektrik, su yoxdur, internet  kəsilib. Demək olar ki, İraq dünyadan təcrid olunmuş vəziyyətdədir.

 

Haşiyə: Bu ilin yanvar ayında İraqa səfər edərkən ölkənin nə qədər açınacaqlı vəziyyətdə oldugunu gördüm. Qədim Bağdad  uçulub, sökülmüş, bəzi yerləri xarabalıqlara çevrilmiş, yorğun paytaxt  təsiri bağışlayırdı. Ölkənin əsas gəlir mənbəyi olan xurma ağacları qurumuş, yanmış, 2004-cü ildən sonra on minlərlə xurma ağacı İraqdan aparılmışdı. Bundan öncə İraqa üç dəfə səfər etdiyim üçün apardığım müqayisələr gerçəkdən açınacaqlı idi. İnsanların yaşam səviyyəsi çox aşağı idi, bəzi səmtlərdə işsizliyin, səfilliyin baş alıb getdiyi açıq-aşkar görünürdü. 2004-cü ildən bəri yandırılmış, bombalanmış, dağıdılmış binalar olduğu kimi qalırdı. Neft ölkəsi İraqın, paytaxt Bağdadın müxtəlif yerlərində taxtadan düzəldilmiş, səliqəsiz arabalar, onların içindəki yaşlı insanlar diqqətimi çəkmişdi. Səbəbi isə o idi ki, ehtiyaç içərisində olan ailələr yaşlı valideynlərini, azyaşlı uşaqlarını bu arabada daşıyırlar. Bir də arabalarla hamballıq edirlər, bir tikə çörək pulu qazanmaq üçün yük aparırlar, təbii ki, bu da hər gün olmur. Elə gün olur ki, əliboş qayıtmağa məcbur olurlar. Eyni vəziyyətlə Kərbəlada, Nəcəfdə də qarşılaşdım.

Əlbəttə, varlı məhəllələrindən, beşulduzlu hotellərin, ticarət mərkəzlərinin yerləşdiyi səmtlərdən söhbət açmıram. Dünyanın bütün ölkələrində varlılar, el dilində desək milyonerlər məhəlləsi var. Amma fərq ondadır ki, paytaxt Bağdadın varlılar məhəllələri də, beşulduzlu hotellərin, AVM-lərin yerləşdiyi səmtləri də çox ciddi qorunur, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Çünki ölkədə sabitlik yoxdur, üstəlik də İŞİD (DAEŞ) təhlükəsi, ayrı-ayrı silahlı qruplaşmaların hüçümları hələ də mövcuddur.

 

Bir neçə gün öncə baş verən hadisələrə münasibət bildirən İraqın baş naziri Adil Abdülmehdi deyib ki, önümüzdə dövlət və dövlətsizlik seçənəkləri durur. Biz dövlət inşa etmək istəyirik. Eyni zamanda, açıqlamasında xalqa səslənib və diqqətə çatdırib ki, kabinetdə dəyişikliklər olacaq, gəlirləri az olan, sıxıntı içində yaşayan iraqlılar iş yerləri, gəlirlərlə təmin olunacaqlar.

Əhali isə İraq hökumətinin verdiyi vədlərə inanmır, bildirilər ki, illərdir söz verilir, amma heç bir söz yerinə yetirilmir. Ölkədə işsizlik, səfillik hər keçən gün daha da artır.

 

İraq Səhiyyə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi Türkiyə mətbuatına paytaxt Bağdadda və ölkənin çənub şəhərlərində keçirilən etirazlarda ölü sayının yüzə çatdığını təsdiqləyib.

 

Bu arada Türkiyə Xarici İşlər Nazirliyi İraq xalqına başsağlığı verib və yazılı açıqlamada İraq hökumətinin xalqın istəklərini qarşılamaları üçün gərəkli addımların ataçağına inandığını bildirib:

“İraq xalqının huzur və rifah içində yaşamasını arzu edirik və bu bizim səmimi diləyimizdir. İnanıriq ki, İraq hökuməti xalqın gözləntilərinin həyata keçməsi yolunda gərəkən addımları atacaq”.

 

Onu da qeyd edək ki, İraqın böyük çoxluğundan olan türkmən əhalisi  hər zaman dövlətə sədaqətləri ilə seçiliblər. Nə yazıq ki, zaman-zaman ən böyük soyqırımlar, edamlar, qətllər, təhlükələrə məruz qalan da türkmənlər olub. Aldığımız məlumata görə, ölkədə baş verən hadisələrdən istifadə edərək peşmərgənin Kərkükə, türkmənlərin yaşadıqları bölgələrə hüçüma keçmələri istisna edilmir. Zatən hər an pusqudadılar və fürsət gözləyirlər. 1991-ci il Küveyt hadisələrindən sonra ölkədəki qarşıdurmadan istifadə edərək türkmənlərə qarşı soyqırımı planı hazırlamış və qanlı təxribatlarını həyata keçirmişdilər. Nəticədə türkmənlərin tarixindəki ən böyük soyqırımlardan biri – Altınkörpü soyqırımı törədilmişdi.

İraq türkmənləri ölkədə yalnız barışın, sülhün tərəfindədirlər və hər zaman daxili müharibənin, vətəndaş qarşıdurmasının əleyhinə olublar.

İraq xalqına hadisələrin bir an öncə sona çatmasını, barış, sabitlik diləyirik.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Yaraları sağaldır, qanaxmanı dayandırır

Quru öskürəyə qarşı kokteyl

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

Gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/