Həkimlərin əməkhaqlarına əlavələrin ödənilməsi qaydaları hazırlanıb

08:25 07-10-2019 | icon 21 | Sağlamlıq
Həkimlərin əməkhaqlarına əlavələrin ödənilməsi qaydaları hazırlanıb

İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərin əməkhaqlarına ediləcək əlavələrin hesablanması və ödənilməsi qaydaları hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

 
 
Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq:
"Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq".
 
 
V.Qurbanov qeyd edib ki, "Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi" Qaydalarına uyğun olaraq, hazırda pilot ərazilərdəki müəssisələrdə çalışan həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqları alırlar. Bununla yanaşı, pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əməkhaqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq edilir.
 
 
 
Agentlik rəsmisi bildirib ki, 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.
 
Departament rəhbəri əlavə edib ki, əhalinin sistem çərçivəsində istifadə edəcəyi xidmətlər toplusu (xidmətlər zərfi) da müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

ALDP sədri avropalı diplomatla görüşüb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"