“Euronews” Nəsimi Festivalı haqqında süjet hazırladı - VİDEO

08:37 07-10-2019 | icon 16 | Mədəniyyət
“Euronews” Nəsimi Festivalı haqqında süjet hazırladı - VİDEO

”Euronews” telekanalı Bakıda keçirilən İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj yayımlayıb.

 

 
Videomaterialda dahi Azərbaycan şairi İmaməddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir sənətinin tərənnümü məqsədi daşıyan festivalın ölkəmizdə ikinci dəfə keçirildiyi bildirilib.
 
 
Genişmiqyaslı tədbir proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Filosoflar, musiqiçilər, incəsənət sahəsinin peşəkar üzvləri, eləcə də müxtəlif ölkələrin qiraətçiləri paytaxt Bakıda bir araya gəlib.
 
 
Süjetdə yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixail Hessenin fikirləri də öz əksini tapıb.
 
 
Qeyd edilib ki, Nəsiminin mürəkkəb düşüncəyə malik olması və bunu qısa, lakin gözəl şəkildə çatdırmaq qabiliyyəti gənc şairlərin də diqqətinə səbəb olub, onları ilhamdıra bilər.
 
 
Həmçinin, nəzərə çatdırılıb ki, tədbirlərin bir hissəsi Nəsiminin vətəni hesab edilən Şamaxıda keçirilib.
 
 
Yayımlanan reportajda dahi şair və böyük mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini möhtəşəm şəkildə geniş tamaşaçı auditoriyasına çatdıran Azərbaycan əsilli, dünya şöhrətli müğənni Sami Yusufun da müsahibəsi yer alıb.
 
 
7 dəqiqəlik həzin ifası ilə sözügedən əsəri izləyicilərə çatdıran sənətçi fikirlərini bu cür şərh edib:
 
"Nəsiminin yazdığı şeir və qəzəlləri diqqətlə nəzərdən keçirəndə aydın olur ki, bu gün bizim dövrümüzdə ehtiyac olan və verilən mesajlardır. Fikrimcə, bu musiqi insanları bir araya toplayır və onları adət-ənənələr ətrafında birləşdirir".
 
Bununla bərabər hazırlanan reportajda Almaniya, Fransa və Çindən olan musiqiçilərin də fikirləri geniş şəkildə yer alıb.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Döyüş xatirələrində yaşanan həqiqətlər

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol